Əfqanıstan-İran sərhədində baş verən yanğında onlarla avtomobil və texnika sıradan çıxıb

 Əfqanıstan-İran sərhədində yerləşən Makaki sərhəd məntəqəsinin dayanacağında baş verən yanğın azı 20 traktorun yanması və digər onlarla avtomobil və motosikletlərin sıradan çıxması ilə nəticələnib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, hadisə sərhədin Əfqanıstan tərəfində Nimruz əyalətinin Makaki sərhəd məntəqəsində baş verib.

Yerli mənbələr azı 20 traktorun yanaraq sıradan çıxdığı, habelə onlarla avtomobilin və motosikletin yandığını bildiriblər.

Yanğın nəticəsində yaralananlar da var.

Qeyd edək ki, ötən ildə də iki ölkə sərhədinin İslam-Qala sərhəd məntəqəsində baş verən yanğın hər iki ölkədən olan tacir və sakinlərlə külli miqdarda maddi ziyanın dəyməsilə nəticələnmişdi. Həmin hadisədə 1,250 yük maşını və avtomobil yanmış, ümumilikdə 33 milyon dollarlıq ziyan qeydə alınmışdı.