DÇ: ABŞ İran millisi üzərində qələbə qazandı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Qətərdə keçirilən futbol üzrə Dünya Kuboku yarışlarında ABŞ 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Belə ki, ABŞ İran millisi üzərində 1:0 hesabıyla qələbə qazanıb.

Qolu birinci hissədə Pulişiç vurub.

Bu qrupun digər oyununda İngiltərə Uelsə 3:0 hesabı ilə qələbə qazanaraq 1/8 final mərhələsinə keçib.