DÇ-2022: Polşa yığması Səudiyyə Ərəbistanı millisi üzərində inamlı qələbə qazandı

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Məlumata əsasən, Polşa və Səudiyyə Ərəbistanı komandaları arasında keçirilən qarşılaşmada Polşa millisi inamlı qələbə qazanıb – 2:0.

Oyunda qolları 39-cu dəqiqədə P.Zelinski və 82-ci dəqiqədə R.Levandovski vurublar.

Qeyd edək ki, bu oyundan sonra C qrupunda vəziyyət belədir:

1. Polşa – 4 xal

2. Səudiyyə Ərəbistanı – 3 xal

3. Meksika – 1 xal

4. Argentina – 0 xal