Çin gəmiləri Yaponiya sularına daxil olub

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Çinin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiyanın ərazi sularına daxil olub.

Okinava əyalətinin Naha qǝsǝbǝsindǝki 11-ci Dairə Sahil Mühafizəsi Qərargahı bu barǝdǝ mǝlumat yayıb.

Bildirib ki, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub. Milli ərazi sularının əhatə etdiyi ərazidə üzən gəmilər yerli vaxtla saat 02:40-da Minamikojima ətrafında Yaponiyanın balıqçı gəmilərinə yaxınlaşmağa cəhd ediblər. Ancaq Yaponiya Sahil Mühafizə qüvvǝlǝri Çin gəmilərinə bölgəni tərk etmələri barədə xəbərdarlıq edǝrǝk balıqçı gəmilərinin təhlükəsizliyini təmin ediblǝr.

Şərqi Çin dənizində Yaponiyanın Senkaku və Çinin Diaoyu adlandırdığı arxipelaq, 5 ada və 3 qayalıq ǝrazidǝn ibarǝtdir.

Yaponiyaya məxsus olan adalar uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olub.