Çavuşoğlu: Türkiyənin Rusiyadan aldığı təbii qazın qiyməti 3-4 dəfə artıb

Türkiyənin Rusiyadan aldığı təbii qazın qiyməti 3-4 dəfə artıb.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, enerji və digər bütün böhranlara qarşı vahid addımların atılması lazımdır.

Nazirin sözlərinə görə, Türkiyə bu gün beynəlxalq enerji təhlükəsizliyinə töhfə verən bir gücə çevrilib.