Çavuşoğlu: Misirlə diplomatik əlaqələri kəsmək bizim qərarımız idi

“Misirlə diplomatik əlaqələri kəsmək bizim qərarımız idi”.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, ancaq indi dünya dəyişib: “Qarşımızda fürsətlər var. Böhranlar özü ilə fürsətləri də gətirir. Ona görə bu fürsətlərdən yararlanmağa çalışırıq. Digər tərəfdən İsraildə yeni hökumət quruldu. İsraillə də normallaşma da hər iki tərəfə də dəstək verir. Bu normallaşma bölgə üçün də əhəmiyyətlidir. Bizim bölgəmizin yaxşı əlaqələrə ehtiyacı var. İsrail bizim Fələstinlə bağlı mövqeyimizi bilir”.

Çavuşoğlu Əsədlə münasibətlərə toxunub: “Suriya məsələsi ciddi problemlərə yol açır. Qaçqınların geri dönməsi üçün bizim rejimlə də münasibətlər qurmağımız vacibdir. Suriyalıları geri dönməyə məcbur edə bilmərik, bu könüllü bu olmalıdır. Realist olmalıyıq”, o deyib.