Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb.
Paşinyan bu barədə "Facebook" sosial media hesabında yazıb.
"Axalkalaki - Qars dəmir yolunun, eləcə də Azərbaycan dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən şadam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür edirəm", - Paşinyan yazıb.













