İran məğlub olsaydı, İsrail ordusu Dəməşqə girərdi
Suriya Prezidenti Əhməd Şara Livanlı siyasətçi Vəlid Cumblat ilə görüşündə İranın regional mövcudluğunun Suriyanın təhlükəsizliyində əsas rol oynadığını bildirərək təəccüblü strateji təhlil aparıb.
Suriya Prezidenti Əhməd Şara Livanlı siyasətçi Vəlid Cumblat ilə görüşündə İranın regional mövcudluğunun Suriyanın təhlükəsizliyində əsas rol oynadığını bildirərək təəccüblü strateji təhlil aparıb.
"Vaşinqton, İranla müharibənin ABŞ ehtiyatlarını tükəndirməsi səbəbindən Britaniya, Polşa, Litva və Estoniya da daxil olmaqla müttəfiqlərinə Amerika silah tədarükündə mümkün gecikmələr barədə xəbərdarlıq edib".
Bu barədə "Financial Times" nəşri yazıb.
Mozambikin müsəlman əhalisinin yaşadığı mühüm bölgələrindən birində yeni məscidin açılışı baş tutub.
Açılışı edilən məscid ölkənin şimalında yerləşən Morobula vilayətinə bağlı Şinga qəsəbəsində yerləşir.
Müsəlmanlar əsasən ölkənin şimalında cəmləşib və ümumi 35 milyon əhalisi olan ölkənin sakinlərinin təxminən 18–25%-ni təşkil edir. Namboala bölgəsi isə müsəlman icmasının əsas mərkəzlərindən biri hesab olunur.
Amerikanın böyük aviaşirkəti olan Spirit Airlines bağlandığını elan edib. Bunun fonunda bütün uçuşlar ləğv edilib.
Bu, İranın Amerika ilə münaqişə fonunda yaranan yanacaq böhranı səbəblərdəndir.
Şirkətin bağlanması minlərlə işçisinə və sərnişininə təsir edəcək.
Məlumata görə, yanacaq qiymətlərinin kəskin artması səbəbindən dünya üzrə aviaşirkətlər uçuşları azaltmağa və təyyarələri istismardan çıxarmağa başlayıblar.
Həbsdə olan müxalif siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış şikayət Yasamal Rayon Məhkəməsinə göndərilib.
Samirə Qasımlının “Toplum TV”yə bildirdiyinə görə, Binəqədi Rayon Məhkəməsi bununla bağlı mayın 1-də müvafiq qərar çıxarıb.
S. Qasımlı qeyd edib ki, müdafiə tərəfi işin Yasamal Rayon Məhkəməsinə göndərilməsini onun sosial media paylaşımlarını məhz Yasamal rayonundakı evindən etməsi ilə əsaslandırıb.
Suriya Şiə Alimləri Şurasının üzvü və Seyyidə Zeynəb (s.ə.) ziyarətgahının vaizi Seyyid Fərhan Həsən əl-Mənsur, maşınına qumbara atılması nəticəsində ağır yaralandıqdan sonra Dəməşqdə, xəstəxanada şəhid olub.
Seyyidə Zeynəb (s.ə.)bölgəsində baş verən qumbaraatan hücumu bölgədəki təhlükəsizlik balansını sarsıdıb və şiə icmasının ən nüfuzlu şəxslərindən birinin itkisi geniş əks-səda doğurub.
BMT-nin qaçqınlar üzrə agentliyi cümə günü bildirib ki, İranla müharibə yük daşımalarının qiymətlərinin artmasına səbəb olub və Afrika da daxil olmaqla bölgədəki qaçqınlara yardım çatdırılmasını çətinləşdirib.
Agentlik bildirib ki, təcili yardım üçün üç əsas mənbə ölkəsi kimi müəyyən edilmiş Hindistan, Pakistan və Çindən göndərmə xərcləri təxminən 18 faiz artıb və çatdırılma gecikmələri və liman tıxacları da təsir edib.
Batmandakı vətəndaş cəmiyyəti təşkilatları Qəzzaya qarşı blokadanı qırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasına hücumunu qınamaq və saxlanılan 21 gəmi və onların heyəti ilə həmrəylik nümayiş etdirmək üçün Atatürk Parkında toplaşdılar.
"Sumud üçün ayağa qalxın" mövzusu altında təşkil edilən proqram böyük bir iştirakla keçirilib. Qurani-Kərimin tilavəti ilə başlayan proqram zamanı mətbuat açıqlaması verilib. Bundan sonra Ömər Faruk Çelik QHT-lər adından mətbuat açıqlamasını oxudu.
Əl-Mayadeen televiziyasının məlumatına görə, İsrail Səhiyyə Nazirliyi 28 fevralda İrana qarşı hücumlar başlayandan bəri İsraildə 8564 nəfərin yaralandığını açıqlayıb.
Mehr xəbər agentliyinin məlumatına görə, bu açıqlama Livan Hizbullahının İsrail hücumlarına cavab olaraq işğal olunmuş ərazilərə hücumlarını davam etdirdiyi bir vaxta təsadüf edir.
Bu kontekstdə Hizbullah cümə günü İsrail hədəflərinə qarşı 9 əməliyyat keçirdiyini açıqlayıb.
ABŞ prezidenti Donald Trampın administrasiyası iddia edir ki, aprelin əvvəlində başlayan atəşkəs səbəbilə İrandakı müharibə artıq başa çatıb və bu, Ağ Evə Konqresin təsdiqini almaq ehtiyacından yayınmağa imkan verəcək.
Almaniyanın Bavariya əyalətində yerləşən Memmingen şəhərində məscidə qarşı təxribat xarakterli hücum qeydə alınıb. Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) aid ibadət məkanının mərmər divarı naməlum şəxs və ya şəxslər tərəfindən zədələnib.
Polisin yaydığı rəsmi məlumata görə, hadisə gecə saat 04:30 radələrində baş verib. Hücum zamanı təxminən 1,5 metr hündürlüyündə olan və üzərində aypara simvolu yerləşən mərmər divar dağıdılıb.
Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirin ilk günündə medal qazana bilməyiblər.
Nizami İmranov (66 kq) üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi German Kobetslə üz-üzə gəlib.
Rəqibinə məğlub olan İmranov yarışı beşinci pillədə bitirib.
Daha öncə Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) da fəxri kürsüdə yer almaq şanslarını itiriblər.
İranın hücumları səkkiz Yaxın Şərq ölkəsindəki ən azı 16 ABŞ hərbi obyektinə zərər vurub.
Bu barədə CNN məlumat yayıb.
Nardaran kənd sakini Əli Əkbər Bünyatov saxlanılıb. Bu barədə məlumatı onun ailəsi verib. 19 yaşlı gənc aprelin 30-da Sabunçu polis idarəsinin işçiləri tərəfindən saxlanılıb. İnanclı bir neçə gün öncə iş qəzası səbəbindən sınmış qolunun növbəti rentgen müayinəsinə gedərkən yolda polis tərəfindən həbs edilib.



