20 February 2026

İsrail Livana genişmiqyaslı hücumlara başlayıb

İsrail qüvvələri cümə axşamı Livanın geniş ərazisinə çoxsaylı hücumlar həyata keçirib.

Əl-Mayadeen-in müxbiri ərazidən xəbər verərək bildirib ki, cənubdakı Yarun şəhərinin kənarları İsrail qüvvələri tərəfindən atılan yeddi artilleriya mərmisi ilə hədəfə alınıb.

Eyni zamanda, İsrail tankı Ayterun şəhəri yaxınlığındakı əl-Zakkak ərazisindəki bir evə iki artilleriya mərmisi atıb və bildirilir ki, həmin vaxt boş olub.

'The Washington Post' azərbaycanlı etirazçıların döyülməsindən yazır

"The Washington Post" qəzeti yazır ki, "Uber" sürücüsü işləyən 27 yaşlı Rəhim Yaqublu prezident Əliyevin cangüdənlərinin onu döydüyünü, çənəsindən, qarnından vurduğunu deyib. Digər etirazçı, 35 yaşlı Adil Əmrahlı isə cangüdənlərdən qaçarkən ayağından xəsarət alıb. Qəzet, Yaqublu daxil, azı dörd nəfərin xəsarət aldığını yazır.

İddia: ABŞ ordusu şənbə günündən etibarən İrana hücum etməyə hazırlaşır

Bir çox ABŞ media orqanlarına görə, rəsmilər Donald Tramp mümkün hərəkət planını nəzərdən keçirərkən ordunun bir neçə gün ərzində İrana hücum etməyə hazır olacağını bildiriblər; lakin Cenevrədə keçirilən nüvə danışıqları ciddi fikir ayrılıqlarını ortaya qoyur.

ABŞ mediasının məlumatına görə, yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri prezident Donald Trampa ordunun şənbə günündən etibarən İrana mümkün hücuma hazır olacağını bildiriblər.

Yəmənli yazıçı: İslam İnqilabı Liderinin sözləri dünyaya yeni bir geosiyasi vizyon təqdim etdi

Yəmənli yazıçı, bölgədəki son hadisələr və ABŞ-ın İran İslam Respublikasına qarşı təhdidləri haqqında yazdığı təhlildə bildirib: “Siyasi səviyyədə İslam İnqilabı Liderinin çıxışı rəsmi olaraq “maksimum təzyiq” siyasətinin uğursuzluğunu elan edib; sanksiyalar və təhdidlər Tehranı geri çəkilməyə məcbur etmək əvəzinə, strateji cavab səviyyəsini artırmağa sövq etmiş kimi görünür.”

Qəzzaya qoşun göndərməyə hazır olan ölkələrin adları məlum olub

5 ölkə “Beynəlxalq Təhlükəsizlik Qüvvələri”nin tərkibində Qəzza sektoruna qoşun göndərməyə hazırdır.

Bu barədə həmin qoşunlara başçılıq edəcək ABŞ ordusunun general-mayoru Casper Ceffers bildirib.

O qeyd edib ki, söhbət İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniyadan gedir, Misir və İordaniya isə həmin qüvvələrə təlim keçməyi öz öhdəsinə götürüb.

Həmin qoşunlar 20 min hərbçi və 12 min polisdən ibarət olacaq.

“Fənərbağça” öz meydanında böyük hesabla uduzdu

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

İstanbul təmsilçisi doğma meydanda İngiltərənin "Nottinqem Forest" komandasını qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyunlar