13 November 2025

İran və Azərbaycan arasında münasibətlərin inkişafı düşmənlərin fitnələrini zərərsizləşdirəcək

 İran İslam Şurası Məclisinin sədr müavini İslamabad şəhərində keçirilən İslam Ölkələri Parlament Sədrlərinin Konfransı çərçivəsində Azərbaycan Milli Məclisinin sədr müavini ilə görüşüb. O, bildirib: İki ölkə arasında münasibətlərin inkişafı bədxah qüvvələrin fitnə və təxribatlarının qarşısını alacaq.

“OPEC+” ölkələri oktyabrda gündəlik neft hasilatını 400 min barel azaldıblar

Neft hasilatını azaltmaq üzrə razılaşmada iştirak edən “OPEC+” ölkələri 2025-ci ilin oktyabr ayında orta gündəlik neft hasilatını 400 min barel azaltsalar da, könüllü məhdudiyyətlər və kompensasiya həcmləri nəzərə alındıqda planı təxminən 470 min barel həcmində üstələyiblər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatı xəbər verir.

Jurnalist Əfqan Sadıqov Gürcüstanda yenidən həbs edilib

“AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov Gürcüstanda yenidən inzibati qaydada saxlanılıb.

Bu barədə məlumatı onun həyat yoldaşı Sevinc Sadıqova yayıb. Onun sözlərinə görə, noyabrın 12-də Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda Əfqan Sadıqova qarşı “qanunsuz olaraq yol bağlamaq” ittihamı irəli sürülüb. Məhkəmə qərarına əsasən, jurnalist 7 gün müddətinə azadlıqdan məhrum edilib.

İsrail 50-yə yaxın HAMAS üzvünü həbs edib

İordan çayının qərb sahilində 50 nəfərə yaxın HAMAS üzvü İsrailin daxili təhlükəsizlik xidməti (Şin Bet) tərəfindən həbs olunub.

“The Times of Israel” xəbər verir ki, saxlanılan şəxslər güya silahlı hücumlar planlaşdırıblar.

HAMAS üzvləri İsrail ordusu və Şin Bet tərəfindən son həftələr ərzində aparılan 15 əməliyyat nəticəsində saxlanılıb.

İsrailin iddiasına görə HAMAS üzvlərində odlu silahlar aşkar olunaraq müsadirə edilib.

Sudaninin koalisiyası İraq seçkilərində böyük qələbə qazandı

Sudaninin bloku seçkilərdə lider oldu

İraqın Baş naziri Məhəmməd Şia əs-Sudaninin dəstək verdiyi “Yenidənqurma və İnkişaf” alyansı 11 noyabrda keçirilən parlament seçkilərində böyük qələbə qazanıb. Bu barədə Frans Press (AFP) agentliyinə danışan hökumətə yaxın mənbə məlumat verib.

 

İraqda siyasi bölgü sistemi

Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs almış şəxsin oğluna da 10 il verildi

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanova hökm oxunub.

Bu gün, noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə ona 10 il həbs cəzası kəsilib.

Bu barədə onun yaxınları məlumat verib.

Onu atasına hökm oxunmasından az sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib.

Dünyada internet azadlığı 15 ildir geriləyir

Dünyada internet azadlığı 15 ildir ardıcıl geriləyir. Kütləvi etirazların yatırdılması, senzuranın dərinləşməsi, azad sözə təhdidlər bu tənəzzülü körükləyir. "Freedom House" insan haqları təşkilatı noyabrın 13-də "Qlobal internetin qeyri-müəyyən gələcəyi" adlı hesabatında bildirir ki, indi internet əvvəlkindən daha çox nəzarətdədir və manipulyasiya edilir. 27 ölkədə onlayn hüquqlar pisləşib, cəmi 17-sində yaxşılaşma qeydə alınıb.

Məhkəmə Əziz Orucov barəsində hökmü qüvvədə saxlayıb

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Ərdoğanın İmamoğlunu “dəfn etmək” cəhdi

Rəqibinə ağlasığmaz həbs cəzası verdirmək istəyən Ərdoğanın bu addımı onun güclü siyasi lider deyil, adi bir avtokrat olduğunu sübut edir.

İstanbul Baş Prokurorluğu şəhərin bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu haqqında ittiham aktını məhkəməyə göndərib. Məlum olduğu kimi, İmamoğlu martın 19-da polis tərəfindən saxlanılaraq barəsində həbs qəti imkan tədbiri seçilib.

Azərbaycanın tikinti şirkəti Gürcüstanda körpünün uçmasında ittiham olunur

Gürcüstan dövləti aralarında Azərbaycanın "Akkord" tikinti şirkətinin nümayəndələri də olan beş nəfərə qarşı dələduzluq və mənimsəmə maddələri ilə ittihamlar irəli sürüb. 

Onlar dövlət vəsaiti hesabına tikintisi həyata keçirilən körpünün uçmasında təqsirləndirilir. 

Bunu Gürcüstanın Korrupsiya Cinayətləri ilə Mübarizə Departamentinin rəhbəri Malkaz Kapanadze mətbuat konfrasında açıqlayıb.