26 March 2023

İraq Hizbullahından Amerikalılara xəbərdarlıq

İraq Hizbullah batalyonları amerikalılara xəbərdarlıq edib ki, müqavimət bazalarına hər hansı bir hücum olarsa, onlar birbaşa hədəfə alına bilərlər.

Operativtv.com Təsnim - ə istinadən xəbər verir ki, İraq Hizbullah batalyonlarının sözçüsü Əbu Əli əl-Əskəri Suriya xalqının Amerika işğalına qarşı müqavimətini təbrik edib və eyni halda xəbərdarlıqda səsləndirib: “Əgər ABŞ mücahidləri və qərargahımızı hədəfə alaraq axmaq bir iş görsə, Hizbullah batalyonları da bölgədə birbaşa Amerika qərargahını hədəf alacaq."

Səudiyyə Ərəbistanı 8 ildən sonra Yəməndəki “bataqlıqdan” çıxmaq istəyir

Səudiyyə Ərəbistanı Yəməndə başladığı hərbi əməliyyatdan 8 il keçdikdən sonra, qalıcı sülh hələ üfüqdə olmasa da, ilişib qaldığı bataqlıqdan çıxmaq və diqqətini öz daxilindəki layihələrə yönəltmək istəyir. Krallıq Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətə qarşı ayağa qalxan husiləri dəstəkləyən İranla diplomatik əlaqələri bərpa edən müqavilə imzalamaqla ilk dəfə buna işarə edib.

Rusiya Azərbaycanı Ermənistanla atəşkəsi pozmaqda ittiham edir

Rusiya Azərbaycanı 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə Ermənistanla əldə edilmiş atəşkəsi öz qüvvələrinin sərhəd xəttini keçməsinə icazə verərək pozmaqda ittiham edib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada martın 25-də Azərbaycan ordusunun bir bölməsinin Şuşada təmas xəttini keçdiyi iddia edilib.

Avropa Parlamentinin qətnaməsi: Sanksiya çağırışları gerçəkləşə bilərmi?

Avropa Parlamenti Azərbaycan üzrə məruzəçi xorvatiyalı deputat Jelyana Zovkonun hazırladığı “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatını martin 15-də səs çoxluğu ilə təsdiqləyib. Plenar iclasda və hesabat ətrafında müzakirələr zamanı deputatların əksəriyyəti Azərbaycan hakimiyyətini beynəlxalq öhdəlikləri, fundamental azadlıqları və insan hüquqlarını pozmaqda tənqid edib.

“Qarabağ” və “Qalatasaray” komandaları arasında bu gün xeyriyyə matçı keçiriləcək

Bu gün Bakıda Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında xeyriyyə matçı keçiriləcək.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlaması nəzərdə tutulub.

Azərbaycanda əhalinin 11 faizi pensiya alır, ekspert rəyi və siyasi baxış

2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1 milyon 200,5 min) pensiyaçı qeydiyyatda olub, bu da ölkə əhalisinin 11 faizini təşkil edir. Onların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Operativtv.com bu barədə Amerikanın Səsinə istinadən Dövlət Statistika Komitəsindən xəbər verir.

İnanclılarin “kəsim” olaraq təqdimatı arxasında nə gizlənir?

Heç kəsə sirr deyildir ki, Azərbaycan xalqının milli ruhunda inancın varlığı onu bir tamlığa çevirən əsas aspektdir. Hətta ateizm təfəkküründə olanlar belə çox səmimi olaraq inancın ölkə həyatındakı rolunu etiraf edir ki, bu da təsadüfi deyil. Artıq yüz illkləri geridə qoyan İslamın zühuru ilə eyni dövrü əhatə edən regiona İslamın gəlişi bir xalq olaraq Azərbaycanın varlığında öz lazımı yerini tuta bildi.

KİV: “SVB-nin müflis olması vençur investisiyaları bazarını çökdürəcək”

“Silicon Valley Bank”ın (SVB) müflis olması səbəbindən 2 trilyon dollarlıq vençur kapitalı bazarı rekord həddə - 25-30% və ya 500 milyon ABŞ dolları dəyərində zərərlə üzləşə bilər.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ekspertlərin – “Bloomberg Intelligence” analitiklərinin hesablamalarına istinadən məlumat yayıb.

Sionist rejim Məscidül-Əqsada namaz qılanlara hücum edib

Sionist rejim mümkün vətəndaş itaətsizliyi bəhanəsi ilə Məscidül-Əqsaya basqın edib və Ramazan ayında bu müqəddəs məkanda etikaf edib namaz qılan fələstinliləri həbs edib. Rejimin baş nazirinə etiraz edənlərin öhdəsindən gələ bilməyən müvəqqəti sionist rejimin əsgərləri bu gün səhər (bazar günü) Məscidül-Əqsada namaz qılanlara hücum ediblər.

İraqda ABŞ-ın hərbi logistika karvanına hücum

Babil əyalətində ABŞ qüvvələrinin logistika karvanı yola qoyulmuş bombanın hədəfi olub. Yerli mənbələr bu səhər (bazar günü) İraqda ABŞ ordusunun logistika karvanına qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Saberin News Telegram kanalı yazıb: “ABŞ qüvvələrinin Babil əyalətinə hücum edən logistika karvanı yol bombası ilə hədəfə alınıb. Bu hücumdan sonra mümkün itkilər və Amerika konvoyuna dəyən zərərin miqdarı ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb”.

Azərbaycan Laçının şimalındakı yollarda "lokal nəzarət tədbirləri" həyata keçirdiyini bildirir

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Laçın yolunun şimalındakı "torpaq yollarından qeyri-qanuni fəaliyyətlər" üçün istifadə etdiyini bəyan edərək Azərbaycan qüvvələrinin "lokal zəruri nəzarət tədbirləri" həyata keçirdiyini açıqlayıb.

Vəkil Aqil Layic:"Qida məhsullarının və uşaq yeməklərinin oğurluğu hədsiz artıb"

"Son zamanlar məhkəmələrdə xırda oğurluq işlərinə dair inzibati işlər artıb. Oğurluqların əksəriyyətinin mahiyyətinə baxdıqda gündəlik yaşam üçün vacib olan qida məhsulları və uşaq yemləridir. Nəticə onu göstərir ki, ölkədəki sosial rifah hədsiz dərəcədə pisləşməyə doğru gedir, xüsusən də regionlarda insanlar artıq yaşamaq üçün mağazalardan qida məhsulları oğurlamağa məcburdular.

Ermənistanda azarkeşlər Türkiyənin himnini fitə basıb

Ermənistanda azarkeşlər Türkiyənin dövlət himnini fitə basıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin qrup oyunu çərcivəsində Türkiyə millisi Ermənistanın qonağı olub.

Oyun başlanmazdan əvvəl Türkiyənin dövlət himni səsləndirilən zaman azarkeşlər himni fitə basıb

 

 

İsrail polisi etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib

İsrail polisi Təl-Əvivdə etirazçılara qarşı su şırnaqlarından istifadə edib.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə “The Times Of Israel” qəzeti məlumat verib.

Nümayişçilərin magistral yolu bağlamaq cəhdinə hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu şəkildə reaksiya verdiyi qeyd edilir.