24 March 2023

Bayden administrasiyası Türkiyə və Macarıstanı da İkinci Demokratiya Sammitinə dəvət etməyib

Bu il növbəti, ikinci dəfə Amerika Birləşmiş Ştatlarının təşkil etdiyi Demokratiya Sammitində 120-yə yaxın ölkə iştirak edəcək. Lakin Bayden administrasiyası iki NATO müttəfiqi Türkiyə və Macarıstanı gələn həftə keçiriləcək sammitə dəvət etməyib.

ABŞ prezidenti Co Bayden və Ağ Evin ən mühüm xarici siyasət təşəbbüslərindən biri kimi gördükləri sammit “avtoritar hökumətlər qarşısında demokratiyaları gücləndirmək” məqsədi daşıyır.

Britaniyada müsəlman şəxsi küçədə yandırıblar

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İngiltərənin Birmingem şəhərində yaşlı müsəlman vətəndaşa hücum edilib və kimsə onu yandırmağa cəhd edib.

“Əl-Cəzirə”nin xəbərinə görə, bu müsəlman vətəndaş məsciddən evə qayıdarkən, kimsə ona hücum edib və üzərinə tez alışan materiallar səpərək yandırıb. Bu hücum Britaniyanın paytaxtı Londonda oxşar hücumdan bir neçə həftə sonra baş verib.

İngiltərədə müsəlman şəxsin yandırılmasına İranın reaksiyası

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərənin Birmingem şəhərində yaşlı müsəlmanın yandırılmasını sarsıdıcı və dəhşətli adlandırıb və bildirib ki, bu vəhşi hərəkəti təfərrüatlı və ətraflı şəkildə araşdırmaq Britaniya hökumətinin  məsuliyyətidir.

Dmitri Medvedev: “ABŞ-ın dağılma ehtimalı böyükdür”

“ABŞ-ın dağılma ehtimalı böyükdür”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, ABŞ-ın dağılmasını şərtləndirən amillər oxşar ssenarinin Rusiyada baş verməsi üçün mövcud səbəblərdən daha çoxdur: “Xüsusilə indi orada baş verənlər bunu deməyə əsas verir”.

Pentaqon: "İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”

“Biz İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”.

Operativtv.com Report-a istinadən bildirir ki, bunu Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) Baş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib.

O bildirib ki, İran bunu etmək qərarına gəlsə, bir neçə ay ərzində nüvə silahı hazırlamağa qadirdir: “Lakin biz buna icazə verməyəcəyik”.

Böyük Dəbilqə: Cüdoçumuz yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda qazaxıstanlı Kanat Seilkhanla üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulun müqavimətini qırmağa çalışacaq.

Zamin Salayev istintaq təcridxanasında yıxıldığına görə vəziyyəti pisləşib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Xalq Cəbhəsi Partiyasının fəalı, 46 gündür Bakı İstintaq Təcridxanasında aclıq edən Zamin Salayev dünən üç dəfə huşunu itirərək yıxılıb. Son dəfə başından güclü zərbə alıb, cümə günü onun oğlu Oqtay bildirib. Bu barədə ona atasının kamera yoldaşı telefonla deyib.

Növbəti dəfə yıxılandan sonra Salayevin nitqi çətinləşib. Buna baxmayaraq, həkim çağırmayıblar.

Reuters: Suriya və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açır

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Reuters xəbər agentliyinin məlumatına görə, Ər-Riyad və Dəməşq tezliklə səfirliklərini yenidən açacaqlar. Media mənbələri Səudiyyə Ərəbistanı ilə Suriya arasında 10 illik pozulmuş münasibətlərdən sonra tezliklə Dəməşq və Ər-Riyaddakı səfirliklərini yenidən açacaqlarını açıqlayıb.

İran və Ərəbistan arasında razılaşma İranı İsrailin əvəzinə düşmən etmək layihəsini məhv etdi

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Livanın Hizbullah Hərəkatının baş katibinin müavini deyib: “Bu ölkənin müxtəlif tərəfləri mövcud vəziyyətdən çıxmaq üçün ABŞ və Avropanın təzyiqləri ilə mübarizə aparmalıdırlar. Tehran və Ər-Riyad arasında razılaşma İsrailin İranı düşmənə çevrilmə layihəsini ortadan qaldırıb.”

Danimarka qaz kəməri yaxınlığında tapılan obyekti qaldırmaq üçün "Şimal axını-2 AG" şirkətini dəvət edib

Danimarka Enerji Agentliyi “Şimal axını-2” operatorunu qaz kəmərinin yanında tapılan naməlum obyektin sudan çıxarılmasında iştiraka dəvət edib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda deyilir.

Fransada etirazçılar şəhər merinin binasını yandırdı

Fransada pensiya yaşının artırılmasına etiraz edən kütlə Bordo şəhərinin meriyasını yandırıblar. 

Operativtv.com Unikal-a iatinadən xəbər verir ki, yanğınsöndürənlər də nümayişçilərə qoşulub. 

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması qərarı ilə bağlı nümayişlər və iğtişaşlar artıq bir həftədir ki, davam edir.

Messi 800-ə çatdı

Argentina millisinin ulduz futbolçusu Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənib.

Təcrübəli forvard 89-cu dəqiqədə komandasının sonuncu qoluna imza atıb. 78-ci dəqiqədə Tyaqo Almada hesabı açıb.

İsrail ordusu İordan çayının qərb sahilində keçirdiyi reyd zamanı bir fələstinlini öldürüb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, artan zorakılıqların qarşısını almağa cəhd edən Fələstin rəsmiləri cümə axşamı İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reyd zamanı bir fələstinlini öldürdüyünü bildirib.