22 March 2023

“Sevilya”nın yeni baş məşqçisi bəlli oldu

İspaniyanın “Sevilya” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, komanda Xose Luis Mendilibara həvalə olunub.

İspaniyalı məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Xorxe Sampaolini əvəz edib.

Qeyd edək ki, Xose Luis Mendilibar son olaraq "Alaves"i çalışdırıb.

Handuzi: Biz Rusiyanın əməkdaşlığı ilə 2025-ci ilə qədər Şimal-Cənub dəhlizini açacağıq

Operativtv.com İRNA-ya istinadən İran İslam Respublikasının İqtisadiyyat və Maliyyə Naziri İhsan Hənduzi Rianavosti-yə müsahibəsində deyib: “Tehran Rusiyanın əməkdaşlığı ilə 2025-ci ilə qədər Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanmasının və açılmasının şahidi olmağa ümid edir. "

İsrail Suriya ərazisinə hücum etdi

İsrail hərbi təyyarələri Hələb beynəlxalq hava limanının yerləşdiyi əraziyə hücum edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyindən bəyan edilib.

Qeyd edilib ki, İsrail qüvvələri Aralıq dənizi istiqamətindən sözügedən hava limanı istiqamətində bir neçə raket atıb.

Hücum yerli vaxtla 03:55-də baş verib.

Konstitusiya Məhkəməsi HDP-nin "şifahi müdafiəni seçkilərin sonuna buraxmaq" tələbini rədd edib

Konstitusiya Məhkəməsi (AYM) Xalqların Demokratik Partiyasının (HDP) bağlanma işində “şifahi müdafiənin seçkinin sonuna buraxılması” tələbini rədd edib.

  Konstitusiya Məhkəməsi (AYM) Xalqların Demokratik Partiyasının (HDP) bağlanması üçün açılan iddiada partiya rəsmilərinin aprelin 11-də partiya rəsmilərinin şifahi müdafiəsinin 14 may seçkilərindən sonrakı tarixə təxirə salınması tələbini rədd edib.

Amazonda ilin əvvəlindən ikinci ixtisar dalğası: 9000 işçi ixtisar olunacaq

ABŞ-ın e-ticarət nəhəngi Amazon, yaxın həftələrdə daha 9 min işçisini işdən çıxaracağını açıqladı. Amazon İcraçı Direktoru (CEO) Andy Jassy şirkət işçiləri ilə paylaşdığı mesajda əməliyyat planı və işdən çıxarmalar haqqında məlumat verib.

Jassy, ​​yaxın bir neçə həftə ərzində təxminən 9,000 işçini işdən çıxarmağı planlaşdırdıqlarını bildirdi, onların əksəriyyəti bulud hesablama departamenti Amazon Web Services (AWS), PXT insan resursları departamenti, Twitch video platforması və reklam bölmələrindəndir.

Borrelin sionist nazirin fələstinlilərlə bağlı açıqlamasına reaksiyası

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, bazar ertəsi Avropa Birliyinin Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında "Sionist rejimin maliyyə naziri Bezalel Smotriçin açıqlamaları yenə də əks istiqamətdədir (iki dövlətin, Fələstin və İsrailin yaradılmasının həlli) və dözülməzdir. İsraildən xahiş edirəm ki, bu bəyanatları rədd etsin və gərginliklər azaldılması üçün bütün tərəflərlə əməkdaşlıq etsin” deyib.

İordaniya Parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib

İordaniyanın Nümayəndələr Palatası (parlament) İsrailin Əmmandakı səfirinin ölkədən çıxarılmasına səs verib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Petra Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, parlamentarilər krallıq hökumətinə İsrail səfirini İordaniyadan qovmağı tövsiyə edirlər.

Parisdə etirazların fəsadları ilə mübarizə üçün Böhran Qərargahı fəaliyyətə başlayıb

Fransanın paytaxtı Parisin meriyası pensiya islahatlarına qarşı davam edən etiraz hərəkatının nəticələri ilə mübarizə aparmaq üçün böhran qərargahının açıldığını elan edib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə Fransa paytaxtının meriyasından bildirilib.

Qeyd olunur ki, mövcud konteksti nəzərə alaraq, şəhər bələdiyyəsi böhran qərargahının işinə başlamaq qərarına gəlib.

Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır

Cənubi Koreya və ABŞ iyun ayında genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, tədbirlər proqramı müttəfiqlər arasında həmrəyliyi, onların texnoloji üstünlüyünü və “güc vasitəsilə sülh” prinsipinə sadiqliyini nümayiş etdirmək üçün hazırlanıb:

İngiltərədə futbol oyunları zamanı iftar fasiləsi olacaq

İngiltərə Premyer Liqasında və kubok yarışlarında Ramazan ayı ərzində oyunlarda kiçik fasilə olacaq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, müsəlman oyunçuların oruclarını aça bilməsi üçün iftar vaxtına düşən matçlar qısa müddətlik dayandırılacaq.

Qeyd edək ki, Ramazan ayının ilk günü martın 23-ü olacaq.

Aİ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək

Avropa İttifaqının martın 23-24-də keçiriləcək sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatın 27 ölkəsinin liderlərinə göndərdiyi və Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilmiş yazılı dəvətdə deyilir.

Avstraliya hərbçilərinin Əfqanıstandakı dəhşətli cinayətləri üzə çıxdı

Avstraliyada 41 yaşlı keçmiş hərbçi həbs edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Əfqanıstandakı Qərb missiyasında iştirak edən eks-əsgər bilərəkdən dinc insanların qətlə yetirilməsində ittiham edilir.

Onun həbsi 2-illik araşdırmanın nəticəsi olub. Araşdırma Avstraliya Elit Hərbi Kontingentinin Əfqanıstanda 39 dinc sakin və hərbi əsirlərin qətlində əlinin olduğunu aşkar edib.

ABŞ və BMT Talibanın əfqan qadınlarına qarşı "repressiv" fərmanlarını qınayır

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan Talibanını yeniyetmə qızlar üçün məktəbləri dərhal açmağa çağırıb və de-fakto hakimiyyətin din və ya ənənəyə görə təhsil hüququnu inkar etmək üçün heç bir əsası olmadığını bildirib.

"Əfqanıstanda qızların və gənc qadınların təhsil hüququnun qeyri-qanuni olaraq dayandırılması təhsil sahəsində qlobal enişə səbəb olur və ölkənin gələcəyinə təsir edir", BMT-nin ekspertlər heyəti bazar ertəsi bildirib.

Zəlzələ Əfqanıstan və Pakistanda 11 nəfərin həyatına son qoyub

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər ölüb.

Operativtv.com bu barədə APA- ya istinadən xəbər verir.