21 March 2023

ABŞ-da Avropanın iri bankına qarşı sanksiyalar tətbiq olunub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatının hakimiyyəti Böyük Britaniyanın HSBC bankına qarşı sanksiyalar tətbiq edib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Avropanın ən iri banklarından biri enerji keçidi məsələsini həddindən artıq diqqət mərkəzində saxladığına görə cəzalandırılıb.

Sanksiyalar ştatın dövlət qurumlarına HSBC-yə investisiya qoymağı qadağan edə bilər.

Pakistan məhkəməsi İmran Xanın terrorizm ittihamı ilə bağlı həbsinə xitam verib

Lahor Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri İmran Xanın iki terrorizm ittihamı ilə bağlı həbs qərarına martın 27-dək xitam verib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Xatırladaq ki, keçmiş Baş nazirə qarşı terrorizm ittihamı martın 18-də İslamabadda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə İmran Xanın kortejini müşayiət edən DZS tərəfdarları arasında baş verən toqquşmadan sonra irəli sürülüb.

Mbappe Fransa millisinin kapitanı oldu

Futbol üzrə Fransa millisinin yeni kapitanı müəyyənləşib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam sarğını 25 yaşlı futbolçu Kilian Mbappeyə həvalə edib.

Qapıçı Uqo Lyoris yığma karyerasını başa vurduğundan, bundan sonra komandanı oyunlara kapitan kimi Mbappe çıxaracaq. Digər hücumçu Antuan Qrizmann isə vitse-kapitan seçilib.

Pakistanda din xadiminə sui-qəsd oldu

Pakistanın Kəraçi şəhərində din alim Mövlana Əbdül Qəyyum Sufi silahlı hücumda ölüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Gülüstan-ı Cevher bölgəsindəki məsciddə qıldığı səhər namazından sonra evə qayıdan Sufi motosikletli silahlı şəxslərin hücumuna məruz qalıb.

Hücum zamanı din xadimi dünyasını dəyişib. Pakistan Üləma Birliyinin üzvü olan Sufi həm də Nurani İslam Mərkəzinin sədri olub.

Ramazan ayı münasibətilə Kəbənin parçası dəyişdi

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Mübarək Ramazan ayının gəlişi münasibətilə Kəbənin örtük – parçası dəyişdirilib.

Kəbə Pərdə Kompleksinin nümayəndəsi Əmcəd Əl-Həzmi deyib ki,  Kəbənin örtüsünə hər gün baxılır və işçi qrupları Kəbə parçasının bütün hissələrinə diqqət edərək problem aşkar edərlərsə, dərhal aradan qaldırırlar.

Birləşmiş Ərəb Əmirlikləri israilli nazirin Fələstin xalqı ilə bağlı açıqlamasına reaksiya göstərib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin Fələstin xalqının varlığını inkar edən açıqlamalarına reaksiya verib.

“BƏƏ təhrikedici fikirlər ilə mənəvi və humanitar dəyərlərə və prinsiplərə zidd olan bütün hərəkətləri rədd edir”, – deyə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

AİHM “Sülh Akademikləri” iddiasında Türkiyəni yanlış hesab edir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 'Biz bu cinayətin tərəfi olmayacağıq' bəyanatını imzaladıqları üçün vəzifələrindən uzaqlaşdırılan akademiklər Alphan Telek, Edgar Şar və Zeynep Kıvılcımın Türkiyəyə etdiyi müraciətdə haqsızlıq tapıb.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Sülh Akademikləri”nin müraciətləri ilə bağlı qərar verib. Qərarda yekdilliklə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsindəki “şəxsi həyatın toxunulmazlığı” prinsipinin pozulduğu qərara alınıb.

Fransada pensiya islahatına görə Makron hökumətinə qarşı təqdim edilən etimadsızlıq təklifi rədd edilib

Fransada müxalifətin pensiya islahatı ilə bağlı hökumətə qarşı birgə etimadsızlıq təşəbbüsü rədd edilib. Milli Məclisin Baş Assambleyasında 5 müxalifət siyasi qrupunun pensiya islahatı ilə bağlı hökumətə qarşı ümumi etimadsızlıq təklifi müzakirə edilib.

“UBS” və “Credit Suisse”in birləşməsi 10 minlərlə insanı işsiz qoya bilər

İsveçrənin ən böyük bankı “UBS”in ölkənin 2-ci böyük bankı - “Credit Suisse”lə birləşməsi 10 minlərlə bank əməkdaşının işini itirməsi ilə nəticələnə bilər.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 120 minlik kollektivin 1/3-ni əhatə edə biləcək ixtisarların əsas hissəsi “Credit Suisse”in daxili biznesinin və investisiya bankının payına düşəcək.

Azərbaycan millisi Avropa çempionatına 21 karateçi ilə yollanıb

Karate üzrə böyüklərdən ibarət Azərbaycan millisi və para-karate seçməsi Avropa çempionatında iştirak etmək üçün turnirin keçiriləcəyi İspaniyanın Qvadalahara şəhərinə yollanıb.

Operativtv.com Reporta istinadən məlumata görə, martın 22-dən 26-dək baş tutacaq yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunacaq.

Qubada polis "Prado" ilə piyadanı vurub öldürdü

Qubada polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi 5 gün sonra ölüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, hadisə Alekseyevka kəndi ərazisində baş verib.

1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il təvəllüdlü Babəliyev Hacıağa Mərdəli oğlunu vurub.

Azərbaycanda ciddi insan haqları pozuntularını qeyd edir - ABŞ Dövlət Departamenti

Operativtv.com Turana istinadən xəbər verir ki,  ABŞ Dövlət Departamenti Azərbaycanda qeyri-qanuni və ya özbaşına qətllər, işgəncələr və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlər və bununla bağlı sui-istifadə hallarını, habelə ölkədəki həbsxanalarda ağır şərait faktları qeyd edir. TURANın Vaşinqton müxbiri xəbər verir ki, bu barədə Dövlət Departamentinin insan haqları üzrə illik hesabatında deyilir.

Azərbaycanla Avropa Şurası arasında daha bir sənəd imzalanıb

Azərbaycan Avropa Şurasının (AŞ) “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının Əlavə Protokolunu imzalayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, protokol Strasburqda Avropa Şurasının mənzil qərargahında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov və Avropa Şurasının Baş katibinin müavini Byorn Berqenin iştirakı ilə imzalanıb.

Ayətullah Sistaninin nümayəndəsi Alulbeytin yeni Quran Mərkəzinin açılışında

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, böyük mərcə Ayətullah Əl Üzma Sistaninin nümayəndəsi Ayətullah Cavad Şəhristani Alulbeyt Qurumunun “Alulbeyt və Quran Hafizliyi” mərkəzinin yeni məkanının açılışında iştirak edib.

Qumda bu mərkəzə bağlı 9-cu mərkəzdə Quran elmləri və hifzi ilə bağlı geniş işlər görülür.

Mərasimdə alimlər, ilahiyyatçılar, hafizlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şimali Koreya ABŞ-la vuruşmaq üçün 1 milyondan çox insanın orduya yazıldığını açıqlayıb

Şimali Koreya ABŞ ilə vuruşmaq üçün 1 milyon 400 mindən çox insanın ordya yazıldığını bildirib.

Operativtv.com APA-ya istinadən bildiriri ki, bu barədə Şimali Koreyanın dövlət televizyası məlumatverib.

Bu həfət keçirilən nüvə hücumu ssenarili hərbi təlimə Şimali Koreya lideri Kim Çen Inın da qatılıb.

Təlim Cənubi Koreyanın paytaxtı Seuldan 65 kilometr aralıda keçirilib.

Novruz və İslam - Araşdırma

Berlin İmam cümələrindən olan Şeyx Səbahətdin Türkyılmazın məqaləsi bu haqdadır

Allahın adı ilə

İslamın zəngin mədəniyyəti bir çox gözəl və önəmli günləri,zühur etdiyi gündən bəri içində saxlamaqdadır.

Şübhəsiz bir həqiqətdir ki, ümumbəşəri və bütün mədəniyyətlərdən və sivilizasiyalardan üstün olan müqəddəs İslam dininin başqa mədəniyyətlərə, adət və ənənələrə ehtiyacı yoxdur.

Sionist nazirin qalmaqallı xəritəsi İordaniyanı qəzəbləndirib

Dünən sionist rejimin maliyyə naziri İordaniya ərazisinin bəzi hissələrinin işğal olunmuş Fələstin torpaqları ilə birləşdirildiyini göstərən xəritəni elan edib ki, bu da İordaniyanın qəzəbinə səbəb olub.

Rejimin maliyyə naziri Bezalel Smotrich bu yaxınlarda əlində işğal olunmuş İordaniya və Fələstinin bəzi hissələrinin İsrail əraziləri ilə birləşdirildiyini göstərən xəritəni göstərib.

Ayətullah Xamenei yeni ili inflyasiyaya nəzarət, istehsal artımı ili adlandırıb

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei hicri 1402-ci ili "İnflyasiyaya nəzarət, istehsal artımı" ili adlandırıb.

 Ayətullah Xamenei İranda yeni ilin başlanğıcı sayılan Novruz bayramı münasibətilə videomüraciət edib. O, hicri 1402-ci ili “İnflyasiyaya nəzarət, istehsalın artması” ili adlandırıb.