20 March 2023

Pakistanın keçmiş baş naziri İmran Xanın 300-ə yaxın tərəfdarı həbs edilib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xanın 300-ə yaxın tərəfdarı təhlükəsizlik qüvvələri ilə son dəfə baş verən qarşıdurmalar və yanğınlarda iştiraka görə həbs edilib.

Rəsmilər və Xanın müxalif "Pakistan Təhrik-i-İnsaf" (PTI) partiyası bazar ertəsi bildirib ki, həbslər paytaxt İslamabad və şərqdəki Lahor şəhərində baş verib.

6.5 milyard manat hara və kimlərə xərclənir?

Martın 17-də Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov dedi ki, bu ilin sonuna qədər Laçın rayonunda məskunlaşdırılmaya başlanılacaq: "Bu il laçınlıların birinci qrupunun rayonda yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına son iki ildə dövlət büdcəsindən ümumilikdə 6.5 milyard manat vəsait yönəldilib".

İsrailin keçmiş nüvə məmuru: "İran bizim özümüzü necə məhv etməyimizi izləyir"

İsrailin nüvə enerjisi komitəsinin keçmiş sədrinin sözlərinə görə, İranın İsraili məhv etmək üçün nüvə gücünə ehtiyacı yoxdur, çünki israillilər özlərini öz əlləri ilə məhv edirlər.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, İsrail rejimin Nüvə Enerjisi Komitəsinin keçmiş sədri Zaev Senir, Yediot Aharonot qəzetində Netanyahuya yazdığı açıq məktubda “Netanyahu bəyan edib ki, onun kabinetindəki məhkəmə islahatları İsrailin İran və digər təhlükələrlə mübarizə qabiliyyətini artıracaq.” yazıb.

Amiri: Amerika qoşunlarının İraqdan çıxarılmasında tərəddüd yoxdur

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraq Parlamenti Fəth Koalisiyasının rəhbəri açıqlamasında deyib: "Biz İraqda qalan Amerika qüvvələrinə səssiz qalmayacağıq".

Hadi əl-Amiri vurğulayıb ki, İmam Əli (ə) batalyonu bu ölkədə aparılan azadlıq əməliyyatlarında mühüm rol oynayır. “Bir neçə il əvvəl hər kəs İŞİD-in bütün İraqa hakim kəsiləcəyini düşünürdü, lakin bu layihə də şiə hakimiyyətinin fətvası sayəsində iflasa uğradı” - Fəth Parlament Koalisiyasının rəhbəri bildirib.

Müharibədən 20 il sonra; Əksər amerikalılar İraqın işğalını səhv hesab edirlər

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Vaşinqtonun İraqı işğal etməsindən 20 il sonra ABŞ-da bu hərbi əməliyyatla bağlı ictimai rəy dəyişdi və insanların çoxu bunun Amerikanın təhlükəsizliyinə töhfə vermədiyinə inanır.

Bu həftə açıqlanan Axios/Ipsos sorğusuna görə, ABŞ-ın İraqı işğal etməsindən 20 il sonra əksər amerikalılar müharibənin səhv olduğuna inanırlar. 2003-cü ildə amerikalıların üçdə ikisi hərbi əməliyyatı bəyənirdisə, indi 67%-i bunun səhv qərar olduğuna inanır.

Bağdad və Tehran arasında təhlükəsizlik razılaşması: İraq iranlı kürd yaraqlıları ilə mübarizə aparacağına söz verir

İraq və İran iki ölkə arasında sərhəd təhlükəsizliyini əhatə edən təhlükəsizlik sazişi imzalayıb. Razılaşmanın əsasən İraqın şimalında separatizm tərəfdarı olan İran kürd yaraqlılarını yatırtmaq üçün edildiyi bildirilir.

İraq Baş naziri Sudaninin Türkiyə səfəri zamanı gündəmdə PKK və su problemi olacaq

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani oktyabrda vəzifəsinin icrasına başladıqdan sonra Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində çərşənbə axşamı prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Adının açıqlanmasını istəməyən baş nazirin müşavirlərindən biri AFP-yə danışaraq, Ərdoğanla Sudani arasında baş tutacaq görüşdə su problemi və PKK-nın Şimali İraqdakı varlığının gündəmin əsas mövzusu olacağını bildirib.

Çin prezidenti rəsmi səfərlə Moskvadadır

Çin prezidenti Şi Tsinpin bazar ertəsi Rusiya lideri Vladimir Putinlə görüşmək və Ukraynadakı müharibə \ni müzakirə etmək və sülh planını təqdim etmək üçün Moskvaya üç günlük rəsmi səfərinə başlayıb. Məlumatı Operativtv.com Amerikanın Səsinə istinadən verir. 

Çin 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün nəzərdə tutulmuş 12 bəndlik planını keçən ay təqdim edib.

Bəxtiyar Hacıyev Azərbaycan prezidentinə müraciət edib

İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan prezidenti İlham Əliyevə onun həbsdən azad olunmasına köməklik göstərilməsi xahişi ilə müraciət edib. Bu məlumatı Turan-a onun vəkili Rövşanə Rəhimli təsdiqləyib.

Hacıyev Azərbaycan prezidentinə ünvanladığı ərizəsində   qeyd edir ki, 2022-ci il dekabrın 9-dan ona qarşı Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittihamlarla bağlı həbsdədir.

Almaniyada islamofob cinayətlərin sayı artmaqdadır – STATİSTİKA

2022-ci ildə Almaniyada ultra-sağçı quplaşmalarının üzvləri tərəfindən olan zorakılığın artımı qeydə alınıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, buna Almaniya hökumətinin məlumatları, o cümlədən də Almaniya Federal Cinayət Polisi İdarəsinin hesabatları dəlalət edir.

Ötən il bu ölkədə sağçı radikallar tərəfindən 23 083 cinayət törədilib.

Radikal yəhudi mühacirlər Qüdsdə kilsəyə hücum etdi

üds şəhərinin şərq hissəsində 2 yəhudi mühacir tarixi Müqəddəs Məryəm kilsəsinə hücum edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə kilsəsin mühafizəçisi Bilal Əbu Nəab məlumat verib.

O deyib ki, iki yəhudi mühacir başlarındakı kipalarını çıxararaq və əllərində kisələrlə adıçəkilən kilsəyə daxil olub.

Nəabın sözlərinə görə, bu barədə ona həmin iki şəxsi çatdıran taksinin sürücüsü bildirib.

İran: Prezident Administrasiyasının rəhbəri Ərəbistanın səfərə dəvətini alqışlayır

Rasthaber - İran və Səudiyyə Ərəbistanı arasında Çinin vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpasına dair razılaşmanın ardınca Ər-Riyad Tehrana dəvət olunub. Bildirilib ki, İran prezidenti İbrahim Rəisi Səudiyyə kralı Salmanın krallığa səfər dəvətini “alqışlayır”.

“Ərəb və İslam KİV-ləri Qurani-Kərimin Ukrayna əsgərləri tərəfindən yandırılmasını pisləməlidir”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Məscidül-Əqsa İmamı və Qüds Ali İslam Komissiyasının sədri ərəb və islam media qurumlarını Ukrayna əsgərlərinin Quranı yandırması hadisəsini pisləməyə çağırıb.

"Russia Today"-ə danışan Məscidül-Əqsa İmam Hatibi və Qüds Ali İslam Komissiyasının sədri Şeyx İkrime Səbri bildiriblər ki, ərəb və İslam media qurumları Ukrayna əsgərlərinin Qurani-Kərimi yandırması hadisəsini pisləməlidirlər.

Səudiyyə Ərəbistanının Dəməşqdəki konsulluğu yenidən açılır

Səudiyyə Ərəbistanının Dəməşqdəki konsulluğu 12 ildən sonra yenidən açılacaq

Operativtv.com APA-ya istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının Dəməşqdəki diplomatik nümayəndəliyi Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi yenidən açılacaq

Məlumata görə, Səudiyyə Ərəbistanının Dəməşqdəki konsulluğu Ramazan bayramı ərəfəsində açılacaq.

Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb

Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.

Fransada pensiya islahatlarına qarşı aksiyalarda 160-dan çox insan saxlanılıb

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Fransada şənbə günü pensiya yaşının artırılmasına qarşı keçirilən etiraz aksiyalarında 169 nəfər saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatına istinadən Ouest France nəşri məlumat yayıb.

“Şənbə günü axşam Fransada pensiya islahatına qarşı nümayişlərdə ümumilikdə 169 nəfər saxlanılıb, onlardan 122-si Parisdə olub”, – deyə məlumatda bildirilir.

Ramazan ayı boyunca İndoneziyada gecə klubları və masaj salonlarının fəaliyyəti qadağan edildi

İndoneziyanın Cənubi Sumatra əyalətinin bir sıra rayonlarında müqəddəs Ramazan ayı ərzində əyləncə müəssisələrinin, spirtli içki mağazalarının və masaj salonlarının işinə müvəqqəti qadağa qoyulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Muara vilayətinin polis rəisinin sözlərinə görə, belə bir qadağa hər il müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində tətbiq edilir.

Düşmən Zəngilanda mövqelərimizi atəşə tutdu - yaralımız var

Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub.

Operativtv.com bu barədə "Unikal"a istinadən DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.