31 January 2023

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov həbs edilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki,  general-mayor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb.

Parisdə 500 minə yaxın insan pensiya islahatına qarşı etiraz aksiyası keçirir

Fransa planlaşdırılan pensiya islahatlarından narazılıqlarını ifadə etmək məqsədilə yüzminlərlə insan ölkə paytaxtı Parisin küçələrinə çıxıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Fransa KİV-i “Ümumi Əmək Konfederasiyası” (CGT) həmkarlar ittifaqına istinadən məlumat yayıb.

Əfv Komissiyasının növbəti iclası olub, ümumi baxılan müraciətlər 400-ü keçib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir. Artıq dördüncü toplantının keçirildiyi məclisdə bu dəfə də 100-dən çox məsələyə baxılıb. Bu günə qədər baxılan müraciətlərin sayı 400-ü keçib. Müraciətlərin baxılması davam etdirilir.

Xatırladaq ki, hər ki, Novruz bayramı ərəfəsində baş tutan əfv sərəncamı bu il daha çox şəxsi əhatə edəcəyi gözlənilir.

Siyasi partiya və təşkilatlar Rəsulzadənin abidəsini ziyarət edib

Bu gün, yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ili münasibəti ilə müxtəlif partiya və təşkilatlar siyasi xadimin Novxanı kəndindəki abidəsini ziyarət edib. 

Əvəz Zeynallını Dövlət Təhlükəsizliyi Xidmətindən Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürürlər

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 31-də xural.com saytının təsisçisi, həbsdə olan Əvəz Zeynallının xanımı Məlahət Qisuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında növbəti etiraz aksiyasını keçirib.

O, Zeynallanın istintaq təcridxanasından telefonla danışmasına və qohumları ilə görüşünə qoyulan qadağanın ləğvini, evlərində axtarış zamanı götürülən ofis avadanlığının, habelə ailənin övladlarının təhsili üçün nəzərdə tutulan pulların geri qaytarılmasını tələb edir.

Blinken zorakılıqların artdığı bir vaxt İsrail və Fələstini təmkinli olmağa çağırıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken fələstinlilərlə münasibətlərin təlatümlü bir vaxtında, bazar ertəsi İsrailə səfər edərək, bu yaxınlarda baş verən zorakılıqdan sonra gərginliyi azaltmağa çalışıb.

Misirdə qısa müddət dayandıqdan sonra Tel-Əvivə gedən Blinken Fələstinin İsrail vətəndaşlarını hədəf alan son hücumlarını pisləyib. O, eyni zamanda İsraili təmkinli olmağa çağırıb və mülki əhali arasında bütün itkilərin qəbuledilməz olduğunu deyib.

Hizbullah Pakistandakı terror hücumunu pisləyib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatı təkfirçi qrupların Pakistanın Pişəvər şəhərində ibadət edənlərlə dolu məscidə təşkil etdiyi və onlarla insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror aktını pisləyib. Hizbullahın bəyanatında deyilir: “Din arxasında gizlənən terror təşkilatlarının dəhşətli cinayətlər törətmək, müsəlman ölkələrində təhlükəsizlik və qeyri-sabitlik yaratmaq üçün israrlı olması bu qatillərin təqib edilməsi və cəzalandırılması üçün hökumətlər arasında sıx əməkdaşlıq tələb edir.

Məscidlərdə ianələrin elektron şəkildə toplanması ilə bağlı yeni detallar

Hazırda məscidlərdə ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar hazırlanıb yekunlaşanda aidiyyəti üzrə göndərilərək təsdiq olunacaq”.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ziyarətgahların sayı çoxdur:

Nəcəfdə mövlud münasibətilə bayraq qaldırıldı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Nəcəf şəhərinin mərkəzində İmam Əli (ə) mövludu münasibətilə simvolik olaraq “محمد وعلي قدوتنا” – “Muhəmməd (s)  və Əli (ə) bizim nümunəmizdir” şüarlı bayraq qaldırılıb.

Bayrağın asılması mərasimində İmam Əli (ə) ziyarətgah kompleksinin idarə heyətinin üzvü Həsən Əl Cəbəri, Nəcəfin din xadimləri, polislər, hərbiçilər və vətəndaşlar iştirak ediblər.

İran PUA hücumlarını necə cavablaya bilər?

 İran nə cavab verə bilər, onun imkanları varmı?  Düzünü desək, indi Rusiya silahlı qüvvələrinin məhz İran PUA-larından istifadə etməsi fonunda bu sual qəribə səslənir. Hansı ki, İran tərəfindən sanksiyalar altında hazırlanıb. Bununla belə, görünür, nəyisə aydınlaşdırmaq lazımdır. Bəli, İran spesifik bir ölkədir. Amma həm də çox müstəqildir.

Şəntop: Avropadakı islamafobiya “səlibçi zehniyyətinin” əksidir

 Avropa ölkələrində müşahidə olunan islamofobiya təzahürləri “səlibçi zehniyyəti” adlandırılan düşüncənin əksidir. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Əlcəzair Senatının sədri Saleh Kodjil ilə görüşündə bildirib. 

Mizan Maarif Mərkəzinin baş drektoru da həbs olundu

Artıq inanclılara qarşı reperessiv davranış hər gün yeni bir həbs xəbərini verir. Zatən məhdudlaşan dini atmosferdə formalaşdırılmağa çalışılan, yeni İslam modelinə mümkün etirazları qorxu atmosferi ilə susduran hakimiyyət bu istiqamətdə özünəməxsus davranış nümayiş etdirməkdədir. Təəssüf ki, qanunsuzluq mühitində baş verən bu həbslərin dövlətin güc strukturu əli ilə gerçəkləşdiyi halda sifarişli məhkəmə orqanları ilə də “təsdiqini” tapır. Bunun gülünc, eyni halda acınacaqlı tərəfi isə məhz inanclıların narkotik ittihamı ilə gerçəkləşən həbsidir.  

KİV: İsrail İranın mümkün hücumuna qarşı cavab tədbirləri hazırlayır

İsfahana dron hücumundan sonra İsrail İranın mümkün hücumuna qarşı cavab tədbirləri hazırlayır.

Operativtv.com APA-ya istinadən məlumatına görə, bu barədə “Time of Israel” məlumat yayıb.

Nəşrin bildirib ki, İsrail kəşfiyyat xidmətləri İranın mümkün hücumuna cavab tədbirləri hazırlamaq üçün məsləhətləşmələr aparır.