30 January 2023

Səudiyyənin vəliəhdi bizdən İran və Ərəbistan arasında görüş keçirməyimizi xahiş edib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraqın xarici işlər naziri elan edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi İraq rəsmilərindən İran İslam Respublikası və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında görüşə ev sahibliyi etməyi xahiş edib.

Azərbaycan karateçiləri Premyer Liqa turnirində beş medal qazanıblar

 Azərbaycan karateçiləri Misirin paytaxtı Qahirədə keçirilmiş Premyer Liqa turnirində 5 bürünc medal qazanıblar.

Federasiyadan SalamNews-a verilən məlumata görə, Tural Ağalarzadə (60 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Mədinə Sadiqova (55 kq) və İrina Zaretska (68 kq) üçüncü yeri tutub.

Suriya və İraq əl-Qaim sərhəd keçidindən yüklərin qarşılıqlı daşınmasına başlayıblar

Əl-Qaim sərhəd keçidi vasitəsilə malların daşınmasına dair Suriya-İraq müqaviləsi imzalanıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bazar ertəsi, İraq hökuməti Suriya ilə malların və piyadaların Əl-Qaim sərhəd keçid məntəqəsindən daxil olmasına icazə verdiyini bildirib.

Məlahət Qüsuri: Jurnalist Əvəz Zeynallıya göz əməliyyatı üçün şərait yaradılmır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılan Əvəz Zeynallının təcili katarakta əməliyyatına ehtiyacı var, amma bunun üçün şərait yaradılmır.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Məlahət Qüsuri bildirib.

Onun sözlərinə görə, ailə əməliyyatı DTX-nin hospitalında və ya mülki klinikada etmək xahişi ilə müraciət edib. Ailəyə səbr etməyi tövsiyə edirlər, məsələnin həll olunacağını deyirlər.

Vəkil: Bəxtiyar Hacıyev tez-tez huşunu itirir, başı hərlənir, gözü qaralır

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, insan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 22 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Yanvarın 28-də vəkillər Zibeydə və Elçin Sadıqovların Bəxtiyar Hacıyevlə görüşünə imkan verilməyib. Vəkillər bildirib ki, onlara təcridxanada dezinfeksiya işləri aparıldığını və bu səbəbdən görüş olmayacağını bildiriblər.

"Sən sədaqətlə xidmət eləməmisən, xəyanət eləmisən..."

Operativtv.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, iki ilə yaxındır həbsdə olan general Mövlam Şıxəliyev iddia edir ki, Prezident İlham Əliyevə İran vətəndaşı tərəfindən sui-qəsd hazırlanıb. Sabiq MTN generalının sözlərinə görə, prezidentin yüksək dəqiqliklə vurmaq imkanları olan snayperlə öldürülməsi planlaşdırılıb.

Bibiheybət məscidi VİDEO

Bibiheybət məscidi Bakı buxtası sahilində yerləşır. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbül-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılır.

MBH-nin daha bir üzvü saxlanıldı

Müsəlman Birliyi Hərəkatının üzvü Azad Kərimov saxlanılıb. Bu barədə məlumatı Operativtv.com-a ailəsi bildirib. Onlar bu gün təxminən 13:30- radələrində yaşadıqları mənzilə polis işçilərinin gəldiyini söyləyib. Polis Azadın idarəyə gəlmə tələbi ilə onu səbəb göstərmədən Nəsimi rayon polis idarəsinə aparıb.

Mətbuat təmsilçiləri Media Reyestrinin ləğvini tələb edir

"Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir”.

Toplum TV xəbər verir ki, Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri "Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan problemlərlərlə bağlı mövqe sənədi imzalayıb.

Şəhid Orxan Əsgərov dəfn edilib

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Pakistanda məsciddə partlayışda 28 nəfər ölüb, 150 nəfər yaralanıb

Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı baş verib. Operativtv.com APA-ya istinadən xəbər verir ki, bombanın partladılması nəticəsində azı 28 nəfər ölüb. Terror aktı zaman 150 nəfər yaralandığı deyilir. Hadisədə yaralananların sayı və burada vəziyyətinin ağır olanları çoxluğundan ölənlərin sayının artacağı istisna olunmur.  

Hizbullah: İsrailin məhvi yaxındır!

Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Kasım fələstinlilərin şəhadət əməliyyatını təbrik edərək, işğalçı sionist rejimin süqut vaxtının yaxınlaşdığını vurğulayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Şeyx Nəim Qasım Twitter-dəki mesajında bu sözləri deyib: “Bu əməliyyat sionistlərin qətliam və işğalına cavabdır.

Netanyahu: Mülki vətəndaşlara silah lisenziyasının verilməsini təmin edəcəyik

İşğalçı sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahu Şərqi Qüdsün Neve Yaakov məhəlləsində baş verən və 8 nəfərin həyatını itirdiyi hücumdan sonra keçirilən ilk Nazirlər Kabinetinin iclasında, minlərlə israillinin silahlandırılmasını asanlaşdırmaq üçün bəzi addımlar atacaqlarını bildirib.

 

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib:

Lavrov Pakistanın xarici işlər naziri ilə ticarət-iqtisadi əlaqələri və beynəlxalq məsələləri müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə danışıqlar aparacaq. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, diplomatlar Moskvada görüşəcəklər. 

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir. Xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vida mərasimində iştirak edir.

Orxan Əsgərovun evinin qarşısında fəxri qarovul düzülüb.