29 January 2023

Qətər XİN rəhbəri: Biz Amerikanın mesajlarını İrana çatdırdıq

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdülrəhman Əl Tani İranın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib: “Cənab Əmir Abdullahian ilə bugünkü görüşümüzdə iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladıq. Bu iki ölkə, regional dialoqlar və beynəlxalq inkişaflar haqqında məsləhətləşmək və danışmaq üçün yaxşı bir fürsət idi. Bu mesajlar çox müxtəlif mövzulardan və müxtəlif tərəflərdən gəldi.

Ermənistanda Rusiya hərbi bazasının qarşısında yenidən aksiya keçirilib

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında yenidən nümayiş keçirilib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Etirazçılar bildirib ki, Rusiya Ermənistanın üzləşdiyi problemlərin həllində qeyri-aktivdir. “Milli-demokratik qütb” təşkilatının təşkil etdiyi mitinqdə 100-ə yaxın insan iştirak edib.

“Beynəlxalq ictimaiyyətin sionistlərin törətdiyi qətllərə susması şübhəlidir”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraq Əshaib Əhli Haqq Hərəkatının baş katibi Qeys Xəzali İsrail rejiminin Cenin şəhəri və düşərgəsinə qarşı davam edən vəhşi hücumlarına toxunaraq deyib: “Beynəlxalq ictimaiyyətin bu hücum qarşısında susması sual altındadır. Biz dünyanın azad xalqlarından müqavimət qruplarını fəal şəkildə dəstəkləmələrini xahiş edirik. Sionistlərin terror üsulunu pisləyən bəyanatlar vermək onlara təsir etməyəcək”.

Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq

İsrailin baş naziri Benyamin Netanyahu Yerusəlimdəki hücumlara cavabın sürətli, güclü və dəqiq olacağını vəd edib. Hücumdan sonra təhlükəsizlik kabinetinin iclasında İsrail hökumətinin başçısı da vətəndaşları qanuna tabe olmağa çağırıb.

Operativtv.com APA-ya istinadən məlumatına görə, onun sözlərini “The Times of Israel” nəşri sitat gətirib.

Azərbaycan cüdoçusu gümüş medal qazandı

Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirinin ikinci günündə Azərbaycan cüdoçusu medal qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, idmançı 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Vəkillər Bəxtiyar Hacıyevlə görüşə buraxılmayıb

Operativtv.com Turana istinadən xəbər verir ki, insan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 20 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Yanvarın 28-də vəkillər Zibeydə və Elçin Sadıqova Bəxtiyar Hacıyevlə görüşməyə imkan verilməyib. Vəkillər bildirib ki, onlara təcridxanada dezinfeksiya işləri aparıldığını və bu səbəbdən görüş olmayacağını bildiriblər.

İranda hərbi obyektə dron hücumu olub, ölkənin şəhərləri hava hücumuna məruz qalır

Şənbə günü axşam saatlarında İsfahan şəhərinin mərkəzində İranın Müdafiə Nazirliyinə aid hərbi obyektə dron hücumu edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Bəyanatda hadisə “uğursuz hücum” kimi qeyd edilib.

Nazirlik hücumun məsuliyyətini heç bir konkret ölkə və ya qrupa aid etməyib.