28 January 2023

Filip Lüter ”Cenin” qaçqınlar düşərgəsinə edilən basqınla bağlı paylaşım edib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Lüter işğal altındakı İordan çayının qərb sahilindəki ”Cenin” qaçqınlar düşərgəsində dünən baş verən hadisələri qiymətləndirib.

Lüterin İsrail əsgərlərinin ”Cenin” qaçqınlar düşərgəsinə təşkil etdiyi və 9 fələstinlinin ölümü ilə nəticələnən basqını ilə bağlı açıqlaması Beynəlxalq Amnistiya Təşkilatının rəsmi səhifəsində yayımlanıb.

Azərbaycan Basketbol Liqası: XV tura yekun vurulub

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Basketbol Liqasında (ABL) XV tur yekunlaşıb.

Məlumata əsasən, turun bağlanış oyunu bu gün Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan BK” və “Neftçi İK” arasında keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən, əlavə vaxta gedən oyunun sonunda “AAAF Xırdalan BK” rəqibi üzərində 104-102 hesablı qələbə qazanıb.

İsraildə daha bir terror aktı

Yerusəlimdə arxeoloji abidəyə hücum nəticəsində iki nəfər yaralanıb.

Operativtv.com Unikala istinadən xəbər verir ki, naməlum şəxs Maalot küçəsində, arxeoloji ərazinin girişindən bir qədər aralıda atəş açıb. Polisin daha sonra hücumçunu zərərsizləşdirdiyi qeyd edilir.

Xatırladaq ki, yanvarın 27-də axşam Yerusəlimdəki sinaqoqlardan birində terror aktı baş verib. 

İslami Cihad Hərəkatından Türkiyə və BƏƏ-yə reaksiya

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad Media Bürosunun direktoru Davud Şahap bildirib ki, Türkiyə və BƏƏ-nin Qüdsdəki şəhidlik tələbi əməliyyatını pisləməsi Fələstin xalqına xəyanətdir.

Fələstin rəsmisi həmçinin bildirib: “Türkiyə və BƏƏ xarici işlər nazirliklərinin Qüds əməliyyatı ilə bağlı bəyanatları hər gün İsrail terrorunun əsirinə və qurbanına çevrilən Fələstin xalqına qarşı bir xəyanətdir.”

Türkiyənin AB ölkələrinə sığınacaq müraciəti rekord qırıb

Türkiyə vətəndaşlarının Avropa Birliyi ölkələri, Norveç və İsveçrəyə etdiyi sığınacaq müraciətləri tarixin ən yüksək həddinə çatıb. Türkiyə kimi Avropa Birliyinə namizəd ölkələr olan Albaniya, Şimali Makedoniya və Moldova vətəndaşlarından sığınacaq tələblərinin artması da diqqət çəkib. Avropa İttifaqı normal olaraq təhlükəsiz hesab edilən və beynəlxalq müdafiəyə uyğun olmayan ölkələrdən sığınacaq üçün müraciətlərin artmasından narahatdır. Xüsusilə Hindistan, Banqladeş, Mərakeş, Misir və Perudan gələnlərin müraciətlərində partlayış baş verib.

İran Parlamentinin Təbriz üzrə deputatı: Səfirliyə hücum edən cinayətkar dərhal mühakimə edilməlidir

“Təəssüf ki, səfirlik əməkdaşının ölümü ilə nəticələnən Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə baş vermiş xoşagəlməz hadisəni və silahlı hücumu qətiyyətlə pisləyirik. Azərbaycan səfirliyindəki cinayətin səbəbkarı dərhal mühakimə edilməlidir”

İraq baş naziri: ABŞ və İran arasında istənilən gərginlik ölkəmizə mənfi təsir göstərir

"Amerika ilə İran arasında və region ölkələri arasında hər hansı bir gərginlik İraqa mənfi təsir göstərir".

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani "France 24"ə verdiyi açıqlamada deyib.

Donald Gerye Bakıdadır

“Zirə”yə keçəcəyi gözlənilən Donald Gerye artıq Bakıya gəlib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə o “Instagram” hesabında paylaşım edib.

Gerye paylaşımını “Gözəl evim” (“Sweet home”) - deyə şərh edib. 

Xatırladaq ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bir neçə gün əvvəl açıqlamasında bildirmişdi ki, Geryeni heyətə cəlb etmək istəyirlər. Geryenin son klubu isə “Olimpiakos” (Kipr) olub. 

AŞPA-da Laçın dəhlizindəki vəziyyət müzakirə edilib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Laçın dəhlizindəki vəziyyət müzakirə edilib. Cari məsələlər üzrə debat proseduru əsasında baş tutan müzakirələrdə AŞPA-nın içveçrəli deputatı Pyer-Alan Fridez məsələ ilə bağlı Assambleyanı məlumatlandıraraq həm Azərbaycan, həm də Ermənistan tərəfinin hadisə ilə bağlı mövqeyini və versiyalarını səsləndirib. O, vurğulayıb ki, məqsəd humanitar böhrana yol açmamış vəziyyətin normallaşdırılmasıdır.

SMDT Azərbaycanda insan hüquqları sahəsində böhranın dərinləşdiyini qeyd edib

Operativtv.com Turana istinadən xəbər verir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında mülki və siyasi hüquqların pozulması hallarına dair hesabat hazırlayıb. SMDT Azərbaycanda insan hüquqlarının müdafiəsi, seçki sisteminin təkmilləşdirilməsi, vətəndaşların idarəçilikdə iştirak imkanlarının artırılması və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

Kadırov: Quranın yandırılması Avropa ölkələrinin təxribat üsuludur

Quranın yandırılması ilə bağlı aksiyaların baş verdiyi Avropa ölkələrinin hakimiyyət orqanları dini ədavəti qızışdırmaq üçün təxribatçı üsullardan istifadə edir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov rəsmi "Telegram" kanalında yazıb.