26 January 2023

Səudiyyə yenidən Yəmənə hücum edib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiya qüvvələrinin Yəmənin Səda vilayətinə hücumları davam edir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Məsirə telekanalının məlumatına görə, Səda əyalətinin Şeda sərhəd bölgəsi Səudiyyə koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən hədəfə alınıb.

Hücum nəticəsində bir yəmənli mülki vətəndaşın həlak olduğu açıqlanıb.

2022-ci ildə AİHM Azərbaycanla bağlı 23 qərar qəbul edib, 2170 ərizə ilə bağlı qərarlar gözlənilir

Operativtv.com Turana istinadən xəbər verir ki, AİHM 2022-ci ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 23 qərar qəbul edib, həmin qərarların 22-də iddia edilən pozuntuların əksəriyyəti tanınıb.

Bu barədə AİHM-nin Azərbaycanla bağlı qərarlarının monitorinqi qrupunun rəhbəri Xalid Ağaliyev Strasburq Məhkəməsinin rəsmi statistika hesabatına istinadla bildirib.

ABŞ Livana 72 milyon dollar maliyyə yardımı edəcək

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, ABŞ Livan ordusu və təhlükəsizlik qüvvələrinə 72 milyon dollar maliyyə yardımı edəcək.

ABŞ-ın Livandakı səfiri Doroti Şea BMT-nin nəzdində Livanın paytaxtı Beyrutda keçirilən iclasda iştirak edib. İclasda Livan ordusu və təhlükəsizlik qüvvələrinə dəstək məsələsi müzakirə edilib.

“Qarabağ” 18 ilin rekorduna imza atdı

Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümündə 50-ci qolunu vurub. Yubiley qol XIX turun “Turan Tovuz”la oyununa (3:2) təsadüf edib.

Operativtv.com Unikal-a istinadla xəbər verir ki, qarşılaşmada komandasının ikinci qoluna imza atan Ramil Şeydayev yubiley qolunun müəllifi olub. Ağdam klubu 50 qol həddinə 19 matçda çatmaqla son 18 ilin rekorduna imza atıb.

Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxlayıb

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının ıideri Əli Əliyevin 3,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərardan verdiyi şikayətə baxıb.

Xatırladaq ki, noyabrın 22-də Sabunçu Rayon Məhkəməsi Əliyevi CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilərək qeyd edilən müddətə azadlıqan məhrum edib. O, kamera yoldaşını döyməkdə təqsirli bilinib.

Hüquq müdafiəçiləri gözlənilən əfv fərmanı ilə əlaqədar təşəbbüs irəli sürüblər

Operativtv.com Turana istinadən xəbər verir ki, Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu (AHMTMQ) 30-a yaxın siyasi məhbusun adı yer alan siyahını Əfv Komissiyasına təqdim edib. Bu barədə Turan-a AHMTMQ-nin üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

İslam Əməkdaşlıq Təşkilatı İsrail qüvvələrinin Cenin şəhərinə hücumunu kəskin pisləyib

 “İslam Əməkdaşlıq Təşkilatı İsrailin işğalçı qüvvələrinin Cenin şəhərinə və onun qaçqın düşərgəsinə davamlı hərbi müdaxiləsini və xüsusilə də bu gün, 26 yanvar 2023-cü il tarixində işğal olunmuş Fələstin ərazisində törədilmiş intensiv cinayətləri kəskin şəkildə pisləyir.”

Samir Babayevin Apelliyasiya məhkəməsi keçiriləcək

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayevin məhkəməsi keçiriləcək. Bu barədə MBH-dən məlumat verilib. Bakı Apelliyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçiriləcək iclasda Samir Babayev barəsində başlanan maddə ilə bağlı apelliyasiya şikayətinə baxılacaq. Fariz Namazlının müdafiə tərəf olaraq çıxış edəcəyi məhkəmə iclası 28 yanvar saat 15:15-də keçiriləcək və məhkəmə ümumi kütlə üçün qapalıdır.

“Arzular gecəsi” bir fürsətdir/Leylətul-Rəğaibin əməlləri

Az.shafaqna.com xatırladır ki, Rəcəb ayının ilk cümə axşamı gecəsi “Arzular gecəsi” adlanır, bu bir fürsətdir; bu gecəni oyaq qalaraq, ibadətlə keçirmək tövsiyə olunur. Bu gecənin xüsusi əməl və zikrləri var.  Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.

Həzrət Peyğəmbərdən (s) nəql olunur:

Məhkəmə həbsdə olan nazirlə bağlı qərar verdi

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı müraciətinə baxılıb.

Operativtv.com Unikala istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunaraq rədd olunub.

Dövlət Gömrük Komitəsində əməliyyat-saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində anti-korrupsiya əməliyyatı keçirib.

Operativtv.com Unikala istinadən məlumata görə, hazırda əməliyyat Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində davam edir.

Saxlanılanlardan biri həmin idarənin inspektoru Şahin İsgəndərovdur.

Əlavə məlumat veriləcək.