07 December 2022

“Milan” yeni qapıçı ilə anlaşıb

İtaliyanın “Milan” klubu “Atalanta”nın qapıçısı Marko Sportyello ilə anlaşıb.

Operativtv.com Report-a istinadən məlumatına görə, 30 yaşlı qolkiper ölkə çempionu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

“Atalanta” ilə müqaviləsi 2023-cü ilin iyununa qədər olan Sportyello gələn ay “rossonerilər”lə münasibətləri rəsmiləşdirəcək. Qapıçı mövsümün sonunda yeni komandasına azad agent kimi qoşulacaq. Onun “Milan”da Mik Menyanın əvəzləyicisi olması gözlənilir.

Avropa İttifaqı Belarus müxalifətinə 25 milyon ayırdı

Aİ Belarusda “vətəndaş cəmiyyətinin inkişafı” və “demokratik istəkləri” dəstəkləmək üçün 25 milyon avro ayırıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidməti bildirib.

Vəsaitlər EU4Belarus proqramının maliyyələşdirilməsi çərçivəsində belarus fəallarına 450 nəfərə təqaüd və 500 nəfər üçün "mübadilədə" Aİ-yə dəvət təqdim edəcək.

"Tərtər işi" üzrə işgəncələrdə iştirakı olan hər kəs cəzalandırılmalıdır - hüquq müdafiəçisi

Operativtv.com Turan-a istinadən xəbər verir ki, “Bakı İnsan Hüquqları Klubu” Baş Prokurorluğun İctimai Birliyi (BİHK) "Tərtər işi"nin 19 fiqurantı barəsində cinayət təqibinə son qoymasını və onların azad edilməsini alqışlayıb. 

BİHK "Tərtər işi" üzrə mühakimə olunanlara qarşı işgəncələrdə iştirakı olanların hamısını müəyyən etməyə və onları cinayət məsuliyyətinə cəlb etməyə çağırır.

Saxlanılan hərəkat üzvünə cinayət işi açılıb (yenilənib)

Dekabrın 6 da işlədiyi "20 Yanvar" dairəsi yaxınlığında naməlum şəxslər tərəfindən saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynov bu gün məhkəmə önünə çıxarılıb. Operativtv.com-a məlumat verən M. Hüseynovun ailə üzvüləri bildiriblər ki, Nəsimi rayonu 22-ci polis bölməsi tərəfindən saxlanılan Mirtofiq Hüseynov bu gün saxlanıldığı Nəsimi rayonunda məhkəməyə gətirilib. Haqqında cinayət məcəlləsinin 234.3.4-cü maddəsi ilə cinayət işi açılan gənc fəala 3 aylıq sanksiya verilərək o, azadlıqdan məhrum edilib.

İsrail qüvvələri Nablusda Köhnəşəhər ərazisini mühasirəyə alıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablusda Köhnşəhərin ərazisini mühasirəyə alıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Nablusa basqın edən İsrail qüvvələri şəhərdəki qədim şəhər ərazisini mühasirəyə alaraq, giriş-çıxışları bağlayıb.

Bölgədə fələstinlilərlə İsrail əsgərləri arasında toqquşma olduğu və silah səslərinin eşidildiyi bildirilib.

Belarusda dövlətə xəyanətə görə ölüm cəzası qüvvəyə mindi

Belarusda dövlətə xəyanətə görə məmurlar və hərbçilər üçün ölüm cəzası tətbiq ediləcək. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Respublika Milli Assambleyasının Nümayəndələr Palatasının mətbuat xidməti bildirib. 

Müvafiq qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib. 

Dünya çempionatının ⅛ finalı turnir tarixində ən məhsuldar olub

Qətərdə keçirilən dünya çempionatı tarixində ən məhsuldar olan ⅛ final mərhələsi başa çatıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, pley-offun ilk mərhələsində səkkiz oyunda 28 qol vurulub. Bu, 1986-cı ildə dünya çempionatında təqdim olunduğu vaxtdan bəri ⅛ final mərhələsi rekordudur (penaltilər seriyasındakı qollar daxil deyil).

Avropa Peyk Rabitə Təşkilatı İranın ingilisdilli PressTv telekanalının yayımını dayandırıb

Avropa Peyk Rabitə Təşkilatı “EUTELSAT” İranın ingilisdilli Presstv telekanalının öz peyki üzərindən yayımını dayandırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Fransanın “EUTELSAT” Peyk yayımı şirkəti Avropa İttifaqının İran media qurumlarına qarşı sanksiyalar tətbiq etməsindən bir neçə həftə sonra ingilisdilli xəbər kanalı PressTV-nin yayımını kəsib.

MN: Erməni silahlıları Ordumuzun Kəlbəcərdəki mövqeyini atəşə tutub

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Monitorinq qrupunun Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirə etdiyi məsələlər bilinib, təmaslar davam etdiriləcək

2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə g

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri görüşüb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, dekabrın 6-da Moskvada Rusiya Baş nazirinin müavini Aleksey Overçukun, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib.

DÇ-2022: Mərakeş İspaniya millisini məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazandı

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsində növbəti oyun baş tutub.

Məlumata əsasən, Mərakeş və İspaniya yığmalarının qarşılaşdığı matçda əsas vaxt 0:0 hesablı heç-heçə ilə bitib.

Penalti seriyasına uzana oyunda Mərakeş komandası ispanları üstələyib və 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

Bu ölkədə zina, ateizm və abort qadağan edildi

İndoneziya parlamenti nikahdan kənar cinsi yaxınlığa – həm xəyanət, həm də nikahdan öncəki cinsi yaxınlığa görə cinayət məsuliyyəti tətbiq edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu qanunu pozanlar iki ilədək azadlıqdan məhrum ediləcəklər.

Söhbət ölkənin Cinayət Məcəlləsinə edilən və yekdilliklə qəbul edilən düzəlişlərdən gedir.

Həşdi Şabi lideri Rusiya səfiri ilə görüşüb

İraqda Həşdi Şabi lideri Falih əl-Feyyad Rusiyanın Bağdaddakı səfiri Elbrus Kutraşevlə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həşdi Şabidən verilən yazılı açıqlamada, görüşdə İraq və bölgədəki ümumi vəziyyətin, Bağdad-Moskva əlaqələrinin müzakirə edildiyi bildirilib.

Əl-Fəyyad və Rusiya səfiri iki ölkə xalqlarının maraqlarına xidmət etmək üçün ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

ABŞ İsrail tərəfindən öldürülmüş fələstinli jurnalistin işini Cinayətlər məhkəməsinə verilməsinə qarşı çıxıb

ABŞ Dövlət Katibliyi Cenində İsrail qüvvələri tərəfindən öldürülmüş fələstinli jurnalist Şirin Əbu-Aqilənin işinin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinə qarşı çıxıb

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin sözçüsü Ned Prays mətbuat konfransında açıqlama verib.