06 December 2022

Ukraynada 17 mindən çox mülki şəxs ölüb - BMT

Birləşmiş Millətlər Təşkilatı, 2022-ci ilin fevralından Ukraynada öldürülən mülki şəxslərin sayı 400-dən çoxu uşaq olmaqla 17 mini keçib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında Ümumdünya Humanitar Təşkilatının baş katibinin müavini Martin Qriffits məlumat verib.

İran kəşfiyyatı üç əyalətdə silahlı hücumlar həyata keçirən daha 10 nəfəri həbs etdiyini bildirib

 İran kəşfiyyatı Kürdüstan, Tehran və İsfahan əyalətlərində silahlı hücum və təxribat törədən daha 10 nəfəri həbs etdiyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi bəyanat verib.

HƏMAS-dan səfirliklərə "Məscidül-Əqsa" məktubu

İslami Müqavimət Hərəkatı HƏMAS Fələstində fəaliyyət göstərən 50-yə yaxın səfirlik və beynəlxalq təşkilatlara məktublar göndərərək, işğal rejiminin Məscidül-Əqsa ilə bağlı planlarının təhlükəsi barədə xəbərdarlıq edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, HƏMAS-ın göndərdiyi məktubda, nəyin bahasına olursa-olsun işğalçıların Məscidül-Əqsa ilə bağlı planlarını həyata keçirməsinə icazə verməyəcəkləri bildirilib.

Livan: İsrailin qatıldığı sərgidə iştirak etməyəcəyik!

"İsrail Hollandiyada keçirilən qədim əsərlər sərgisində iştirak etdiyi üçün Livan bu tədbirdə iştirak etməyəcək"

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Livan hökumətinin mədəniyyət naziri Məhəmməd Visam deyib.

"Biz İsrailin beynəlxalq sərgilərdə iştirak edərək Livanla münasibətləri normallaşdırmaq cəhdinə qarşı mübarizə aparırıq", - livanlı nazir bildirib.

Apellyasiya Məhkəməsi Gülalıyevin işi üzrə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki,  Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin işi üzrə prokurorluğun hərəkətlərindən verilən iddianın təmin edilməməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Azərbaycan prokurorluğu Gülalıyevin müayinə və müalicəsinə cəlb edilmiş həkimlərə qarşı cinayət işi açmaqdan dəfələrlə imtina etdikdən sonra Gülalıyevlər ailəsi iddia qaldırıb.

Kəlbəcərdə əsgər özünü güllələyib öldürdü

Azərbaycan Ordusunun əsgəri odlu silahdan atəş açmaqla özünü öldürüb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun 05 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Əfqanıstan-İran sərhədində baş verən yanğında onlarla avtomobil və texnika sıradan çıxıb

 Əfqanıstan-İran sərhədində yerləşən Makaki sərhəd məntəqəsinin dayanacağında baş verən yanğın azı 20 traktorun yanması və digər onlarla avtomobil və motosikletlərin sıradan çıxması ilə nəticələnib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, hadisə sərhədin Əfqanıstan tərəfində Nimruz əyalətinin Makaki sərhəd məntəqəsində baş verib.

Əfqanıstanın Calalabad şəhərində bazarda partlayış törədilib, yaralananlar var

 Əfqanıstanın Nəngərhar əyalətinin inzibati mərkəzi Calalabad şəhərinin bazarında partlayış törədilib. Yaralananlar var.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, bu gün Calalabad bazarında valyuta dəyişmə məntəqələrinin yerləşdiyi ərazidə partlayış törədilib.

Braziliya millisi 1/4 finalda bu komandaya rəqib oldu

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki,  "sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gəliblər.

Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

İmam Hüseyn (ə) hərəminin dəstəyilə 56 min insana pulsuz tibbi xidmət göstərilib

İmam Hüseyn (ə) hərəminin Səhiyyə və Tibbi Təhsil İdarəsi 2021-ci ilin avqustunda - açıldığı gündən indiyədək şişlərin müalicəsi üçün "Varis Beynəlxalq Fondu" vasitəsilə bütün vətəndaşlara göstərilən pulsuz tibbi xidmətlərin sayını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İmam Hüseyn hərəminin mətbuat xidməti məlumat yayıb.

İran kəşfiyyatı silahlı hücum planlayan 12 nəfərlik qrupu ələ keçirdiyini bildirib

İran Kəşfiyyatı ölkənin Mərkəzi əyalətində “silahlı hücumları və milli təhlükəsizliyi hədəfə alan təxribat addımlarını palanlayan" 12 nəfərlik qrupu aşkarladığını və ələ keçirdiyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

“İranın xəbər agentlikləri, televiziya kanalları, xüsusilə “Səhər” kanalı Azərbaycana və Azərbaycan Prezidentinin ünvanına hədyanlar yağdırmağa davam edir"

“Son vaxtlar İranın sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq cəhdləri açıq müşahidə olunur. Bu məqsədlə həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır. Bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının, eləcə də İran radiolarının ölkəmizin efir məkanına müdaxiləsinin qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir. Uzun illərdir bu barədə müzakirələr getsə də, hələ də konkret nəticə yoxdur.