05 December 2022

"İranda və Rusiyada hakimiyyət dəyişməyəcək" - ABŞ kəşfiyyatı

“ABŞ hesab edir ki, Rusiya Federasiyasında hakimiyyəti təhdid edə biləcək etiraz aksiyaları qeyri-mümkündür”.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına ABŞ Milli Kəşfiyyatı Agentliyinın direktoru Avril Hayns deyib.

O əlavə edib: “Ola bilsin ki, baş verənlərə daha tənqidi münasibət olacaq, amma hakimiyyəti təhdid edə biləcək heç nə yoxdur”.

Səlim Müslümovun məhkəməsində Zeynəb Xanlarovanın qohumu dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində nazirliyin daxili nəzarət şöbəsinin keçmiş müdir müavini Nizami Xanlarov ifadə verib.

Operativtv.com Report-a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid deyib ki, işlədiyi müddət ərzində hər il plan üzrə nazirliyin şöbə və müəssisələrində yoxlamalar aparılıb:

Suriyanın Suveyda şəhərində iğtişaşçılar bəzi hökumət binalarını yandırıblar

Suriyanın Suveyda əyalətinin inzibati mərkəzi Suveyda şəhərində iqtisadi vəziyyətlə bağlə başlayan etirazlar iğtişaşlarla nəticələnib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında iqtisadi vəziyyətlə bağlı Suveyda şəhərində başlayan etirazlar az keçməmiş iğtişaşlara çevrilib.

Bu iğtişaşlarda bir sıra hökumət binaları, eləcə də əyalət rəhbərliyinin binası və idarəsi yandırılıb.

Rəisi: İran Konstitusiyasında heç bir çıxılmaz vəziyyət yoxdur!

İran prezidenti İbrahim Rəisi 1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsinin mümkünlüyündən danışıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İ.Rəisi bildirib ki, konstitusiyada cümhuriyyətçilik, islamçılıq, istiqlalçılıq və azadlıq kimi prinsiplər və dəyərlər var ki, bunlar dəyişməzdir.

Pensiyalar nə qədər artırılacaq?

"İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyalar indeksasiya ediləcək".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, burada söhbət 15 faizdən az olmayan indeksasiyadan gedir:

"Mançester Yunayted" alman klubunun qapıçısını transfer edir

"Borussiya Mönhenqladbax"ın isveçrəli qapıçısı Yan Sommer "Mançester Yunayted"ə keçir. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat dərc edib. 

Məlumata görə, alman klubu müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Sommerlə qışda ayrılmağa hazırdır. Artıq "Mançester Yunayted"in nümayəndələri qapıçı ilə əlaqə saxlayıb.

Mövlam Şixəliyev hakimə etiraz edib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov barəsindəki

İsrail qüvvələrinin qaçqın düşərgəsinə hücumunda fələstinlilərdən ölən və yaralananlar var

 İsrail qüvvələri işğal altında olan İordan çayının qərbində Betlehəm şəhərinə basqın edib. Bir fələstinli gənc həlak olub və altısı yaralanıb.

Operativtv.com SalamNews-a bu barədə Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadən xəbər verir.

BƏƏ dövlət başçısı ilk dəfə olaraq Taliban hökumətinin müdafiə nazirini qəbul edib

 Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı ilk dəfə olaraq Taliban hökumətinin müdafiə naziri Molla Məhəmməd Yaqubu qəbul edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin müdafiə naziri Molla Məhəmməd Yaqub BƏƏ paytaxtı Əbu-Dabidə Şeyx Məhəmməd bin Zayid Ali-Nihyanla görüşüb.

Bakıya sulu qar yağacaq

Dekabrın 6-na gözlənilən hava şəraiti açıqlanıb.

Operativtv.com Milli Hidrometeorologiya Xidmətindən APA-ya istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Prezident İlham Əliyev Putinin köməkçisini qəbul edib, Zəngəzur dəhlizi müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

İraq sərhəd qüvvələri İran və Türkiyə sərhədləri boyunca yerləşdiriləcək

İraq sərhəd qüvvələri İran və Türkiyə sərhədləri boyunca sıfır xətti qorumaq üçün yerləşdiriləcək.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına görə, Silahlı Qüvvələrin Baş Komandanı sözçüsü general-leytenant Yəhya Rəsul Baş nazir və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şia əs-Sudaninin İran və Türkiyə sərhədləri boyunca, sıfır xəttini qorumaq üçün İraq sərhəd qüvvələrinin yerləşdirilməsinə əmr verdiyini açıqlayıb.

Türkiyənin Mosuldakı hərbi bazasına raket atılıb

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bazar günü axşam saatlarında Türkiyənin İraqın Mosul vilayətindəki “Zalikan” hərbi bazasına səkkiz Qrad raketi ilə hədəfə alınıb, daha sonra bazada yanğın baş verməsilə bağlı bəzi xəbərlər yayılıb.

Məlumatı “Al Mayadeen” və Yaxın Şərq üzrə operativ xəbər yayan sosial şəbəkələr iddia edib.

Türkiyə məlumatı hələ təsdiq etməyib.

"Moskva hasilatı azaltsa belə, Qərbin qiymət həddi qoyduğu nefti satmayacaq"

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Rusiyanın energetika naziri, baş nazirin müavini Aleksandr Novak bazar günü deyib ki, Moskva hətta hasilatı azaltsa belə, Qərbin qiymət həddi qoyduğu nefti satmayacaq.

Novak Yeddilik Qrupunun sənayeləşmiş ölkələri və Avstraliyanın cümə günü tətbiq etdiyi barel üçün 60 dollarlıq qiymət həddini dünya enerji ticarətinə kobud müdaxilə adlandırıb və bu, tədarük çatışmazlığına gətirib çıxara bilər.

İran: ABŞ iğtişaşları dəstəkləməklə danışıq masasında böyük imtiyaz almaq istəyir

 “ABŞ-ın iğtişaşları dəstəkləməkdən əsas məqsədlərindən biri nüvə sazişi ilə bağlı danışıqlar masasında böyük imtiyazlar almaqdır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan serbiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

İmamların məqbərələrində Fatimiyyə günlərinə hazırlıq görülür

Kərbəla, Nəcəf, Samirra və Məşhəd şəhərlərində yerləşən İmamların məqbərələrində hüznlü Fatimiyyə günlərinə hazırlıq görülür.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Nəcəf-Əşrəf şəhərində İmam Əlinin (ə) məqbərəsi kompleksində Fatimiyyə günlərinə hazırlıqlar fonunda qara bayraqlar və banerlər asılıb.

Şimal bölgəsində temperatur mənfi 11 dərəcəyədək enib

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.

Operativtv.com APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 3 sm, Xaltan və Qrız kəndlərində 2 sm olub.

Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın rayon mərkəzində isə 2 sm qar müşahidə olunub.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 11 dərəcəyədək enib.