04 December 2022

Yunanıstan “silahsız” adalarda tanklarla təlim keçir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Türkiyə Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə qarşı quru əməliyyatına fokuslanarkən, Yunanıstan Egeydə təxribatlarını davam etdirir. Yunan ordusu 1923-cü il Lozanna Sülh Müqaviləsinə görə tərksilah vəziyyətində olan Lesbos adasında və 1947-ci il Paris Sülh Müqaviləsi ilə silahların saxlanılmaması lazım olan Rodos adasında hərbi təlimlər keçirib. Lesvosda iki gün davam edən təlimdə Kiowa və Apache hücum helikopterləri, tankerlər və artilleriya bölmələri iştirak edib.

Türkiyənin Şanlıurfa şəhərində partlayış olub, yaralananlar var

Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakal rayonunda evdə baş verən partlayış nəticəsində ən azı 4 nəfər yaralanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, polisin ilkin versiyasına görə, partlayış sexlərin yerləşdiyi altı mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Partlayış dalğasından binadakı tavanlar qismən uçub, qonşu evlərdə pəncərələr sınıb, küçədə dayanan avtomobillərə ziyan dəyib.

Hadisə yeri əhatəyə alınıb, araşdırma aparılır.

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “2022 Bosphorus İstanbul Cup “ beynəlxalq yarışında qızıl medal qazanıb.

Operativtv.com Az.shafaqna.com”-a istinadən verilən məlumata görə, idmançı finalda hakimlərdən 250.52 xal alıb.

Litvintsev bu göstərici ilə bütün rəqiblərini geridə qoyaraq, 1-ci yerin sahibi olub.

Fövqəladə Hallar Nazirliyinin işçiləri cinsi istismara məruz qoyduğu iddia edilən keçmiş rəsmisinin məhkəməsi başlayır

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, iş otağında tabeliyindəki işçilərlə intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyev barəsində cinayət işinin istintaqı yekunlaşıb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə işə baxılacaq. Bu barədə məhkəmədən bildiriblər.

Şeyx İsa Qasimin Hersoqun Bəhreynə səfərinə reaksiyası

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Bəhreyn inqilabının mənəvi lideri Şeyx İsa Qasim Manama səfəri zamanı İsrail rejimin başçısı İshaq Hersoqun tvitinə reaksiya verib. Şeyx öz Tvitter hesabında deyib: Sionist rejimlə münasibətləri normallaşdırmaq vətənə xəyanətdir və sionist rejim prezidentinin pis addımları ilə Bəhreyni çirkləndirmək millətimizin şərəfinin ödəyə bilməyəcəyi rüsvayçılıqdır.

İran Baş Prokurorundan hicab açıqlaması

Operativtv.com Rasthaber - ə istinadə xəbər verir ki, İranın Baş Prokuroru Məhəmməd Cəfər Müntəziri bildirib ki, Parlament və Rəyasət Heyəti yanında İnqilabi Ali Şura hicab məsələsi üzərində işləyir və nəticə tezliklə açıqlanacaq. Müəyyən tədbirlər çərçivəsində qərarın veriləcəyini deyən Müntəziri işlərin 15 günə qədər yekunlaşacağını bildirib.

İsrail Qəzza zolağına raket zərbəsi endirib

İsrail Hərbi Hava Qüvvələri ötən gecə Qəzza zolağında HƏMAS-ın yerləşdiyi nöqtələri və Qəzzanın cənubundakı tunellərə zərbə endirib.

Operativtv.com Unikal--a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ötən şənbə gecə Qəzza zolağından İsrail ərazisinə buraxılan raketə cavab olaraq İsrail qırıcıları ötən axşam HƏMAS-a məxsus nöqtələrə zərbələr endirib.

“Günəşli” neft yatağında baş verən faciədən 7 il keçdi

“Günəşli” neft yatağı platformasının cənub bölməsində baş verən faciəsinin ildönümüdür.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb.

Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.