02 December 2022

"Soros"un Ermənistandakı ofisi fəaliyyətini dayandırdı

"Soros"un "Open Society Foundations - Ermənistan" fondu Açıq Cəmiyyət Fondları şəbəkəsinin bir hissəsi kimi fəaliyyətini dayandırır. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə ictimai bəyanatda bildirilib.

"Soros"un "Open Society Foundations - Ermənistan" fondu Açıq Cəmiyyət Fondları şəbəkəsinin bir hissəsi kimi fəaliyyətini dayandırır. 

Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvünü azad etməyib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, cümə günü Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ittiham olunan Şahin Qədirlinin həbsindən şikayəti təmin etməyib.

Onun vəkili Zibeydə Sadıqova Turan-a bildirib ki, istintaqın məlumatına görə, ondan 7 qram metamfetamin aşkar edilib. Qədirli ittihamı rədd edib.

Mənbə: İŞİD lideri Suriya Ordusu tərəfindən məhv edilib, ABŞ deyil

“İŞİD-in Əbu-Bəkr əl-Bağdadi və Əbu-İbrahim Qurəşidən sonra üçüncü lideri olan terrorçu Əbul-Həsən Qurəşi Suriya Ordusu tərəfindən Dəra əyalətində məhv edilib, ABŞ və onun dəstəklədiyi birləşmələr tərəfindən deyil.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyada təhlükəsizlik mənbələri Sputnik-ə açıqlama veriblər.

Gəncədə futzal yarışında insidentlə bağlı 5 nəfər inzibati həbs olunub

Noyabrın 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılıb. Məlumatı Operativtv.com APA-ya istinadən verir.

Mahir Əzimovun məhkəməsi dekabrın 9-na qədər ertələnib

Operativtv.com xəbər verir ki, noyabrın 30-u Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun işi üzrə tanışlıq iclası baş tutub. Vəkil Zibeydə Sadıqova çıxış edərək hakimdən cinayət işi ilə yaxından tanışlıq üçün vaxt istəyib. Hakim vəkilin istəyini təmin edib. Məhkəmə iclası 9 dekabr saat 10:30-a qədər ertələnib.

“Altılıq Masa” üzvülərinin növbəti toplantısı

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Türkiyədə “Altıq Masa”nı təşkil edən partiyalar seçkidə qalib gələcəyi təqdirdə nazirliklərin partiyalar arasında necə bölüşdürüləcəyi ilə bağlı razılığa gəliblər. Buna uyğun olaraq ilk olaraq hər partiyaya bir nazirlik veriləcək, qalan nazirliklər isə onların səslərinə uyğun olaraq bölüşdürüləcək.

İraq Hərbi Dəniz Qüvvələrinin 3 gəmisi Küveytin ərazi sularına daxil olub

   Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Küveyt İraqı onun ərazi sularına daxil olan üç dəniz gəmisini "dərhal" geri çəkməyə çağırıb. Küveyt Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Küveytin İraqdakı səfiri Tarik əl-Fərəc İraq Xarici İşlər Nazirliyinin Ərəb Departamentinin rəhbəri, səfir Usamə ər-Rifai ilə görüşüb və İraqın üç gəmisinin Hərbi Dəniz Qüvvələri Küveytin ərazi sularını pozuğu ona bildirilib.

Daha bir MBH üzvü oğurlanıb

Müsəlman Birliyi Hərəkatının üzvü Nicat Əliyevdən ailəsi heç bir xəbər öyrənə bilmir. Dekabrın 1-i günorta radələrindən naməlum şəxslər tərəfindən saxlanılan Nicatın bu dəqiqələrə qədər harada olduğu dəqiqləşməyib. Narahatlıq yaşadığı ailəsi məsələ ilə bağlı DİN-nin 102-xidməti ilə əlaqə saxlasalar da, onlar da bu barədə məlumatsız olduğunu bildiriblər. Nicatın yaxınları isə eyni ssenarini noyabrın 23-də Şahin Qədirov ilə bağlı yaşadıqlarını söyləyir.

Təl-Əvivin şərqində partlayış baş verib

İsrail mediası Tel-Əvivin şərqində yerləşən bir restoranın yaxınlığında partlayış baş verdiyini bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən məlumatına görə, İsrailə aid olan Kanal 12 “Ur Yehuda”da bir paketin partladığını və polislərin sürətlə partlayış baş verdiyi yerə getdiyini bildirib.

Tələfat və dağıntılar barədə əlavə məlumat verilməyib.