01 December 2022

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

İspaniyanın "Real Madrid" klubu İngiltərə "Mançester Yunayted"inin və Portuqaliya millisinin futbolçusu Brunu Fernandeşi heyətinə qatmaq istəyir.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 28 yaşlı yarımmüdaifəçi üçün "qırmızı şeytanlar"a təklif göndərib.

"Kral klubu" portuqaliyalı oyunçunu "Sportinq"də çıxış edərkən almaq istəyib, lakin Fernandeş İngiltərədə oynamağa üstünlük verib.

"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Operativtv.com Report-a istinadən təşkilatın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

Bu nominasiya Azərbaycan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və Qazaxıstan tərəfindən irəli sürülüb.

Almaniyadan Tale Bağırzadəyə dəstək aksiyası

Bu gün bir qrup siyasi mühacir Almaniyanın Berlin şəhərində „Siyasi məhbus Tale Bağırzadəyə qarşı işgəncəyə son“ adlıaksiyası keçirib. Mühacirlərin aksiya keçirməsinə səbəb artıq 5 gündür aclıq aksiyasına başlayan Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadənin 12 saylı cəzaçəkmə müəssisəsində məruz qaldığı təzyiqlə bağlıdır. Belə ki, yeni köçürüldüyü müəssisədə müavin Babək İsgəndərovun ilahiyyatçıya qarşı iyrənc davranış aksiya üzvüləri tərəfindən kəskin pislənib.

BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb

Əfqanıstanda 6 milyon insanın qida çatışmazlığı ilə üzləşdiyi bildirilir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov bildirib ki, Əfqanıstanın bəzi bölgələrində qışda temperatur mənfi 25 dərəcəyə enir.

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Teymur Rəcəbov 2747 xalla 11-ci, Şəhriyar Məmmədyarov 2740 xalla 14-cü pillədə qalıb.

Qədir Hüseynov (2661) iki pillə irəliləyərək 84-cü yeri tutub. Rauf Məmmədov və Nicat Abbasov “100-lük”dən uzaqlaşıb.

Saakaşvili dərhal həbsdən azad edilərək müalicə edilməlidir – “Empatiya” Mərkəzi

“Mixeil Saakaşvili dərhal həbsdən azad edilməli və diaqnostika və müalicə üçün təcili olaraq ABŞ və ya Aİ-nin üçüncü dərəcəli multidissiplinar universitet klinikasına köçürülməlidir.”

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bunu Gürcüstanın “Empatiya” Mərkəzi Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin səhhətini ilə bağlı hesabatında dərc edib.

İraqın Baş naziri İmam Rza (ə) hərəmini ziyarət edib

Rəsmi təmaslar üçün İrana gələn İraqın baş naziri Məhəmməd Şia əs-Sudani Məşhəd şəhərinə səfər edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandakı təmaslarından sonra İmam Rzanın (ə) hərəmini ziyarət edib.

Əfqanıstanda FM stansiyalarında Amerikanın Səsi və AzadlıqRadiosunun yayımına qadağa qoyuldu

Taliban hakimiyyəti proqram məzmunu ilə bağlı aldıqları şikayətlərə istinad edərək, Əfqanıstanda FM stansiyalarında Amerikanın Səsi və AzadlıqRadiosunun radiolarının yayımına qadağa qoyulduğunu elan edib.

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Talibanın İnformasiya və Mədəniyyət Nazirliyinin verdiyi göstərişə əsasən, qadağa dekabrın 1-də qüvvəyə minəcək.

İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda iki fələstinli həlak olub, yaralananlar var

İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinin daxili küçələrinə basqın ediblər. Fələstinlilər qarşılıq verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələrinin Cenin şəhəri və burada yerləşən qaçqın düşərgəsinə basqını zamanı atışma baş verib.

Rusiyada axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Operativtv.com bu barədə APA-ya istinadən Baş Prokurorluqdan bildirir.

Din xadimindən Fazil Mustafanın Gürcüstandakı müsəlman din xadimləri ilə bağlı sözlərinə sərt reaksiya

"Biz, keçmiş fəto dilli cənab Qəzənfəroğlunun bu cür qərəzli və fitnə dolu sərsəmləmələrinin artıq bir neçə dəfə şahidi olmuşuq. Bizim üçün onun hədəf və məqsədinin nə olduğu gün kimi aydındır. Amma iddia və ittihamlarının bir neçəsinə xüsusi olaraq işarə etmək istəyirik".

MBH mətbuat konfransı keçirdi -VİDEO

Müsəlman Birlliyi Hərəkatı mətbuat konfransı keçirib. Media önünə çıxan hərəkat nümayəndələri son dövrlər hərəkata qarşı həbslər, təzyiqlərdən danışıb. Eyni halda Qobustan həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülən hərəkat rəhbəri Tale Bağırzadə və bir neçə gündür "oğurlanan" Şahin Qədirlinin ailəsi konfransda iştirak edib. Hər iki ailə baş verən hadisələrə narahatlıq ifadə ediblər. Geniş çıxış aşağıda yerləşdirilən videoda: