28 November 2022

Şahid: "DSMF-nin şöbə müdiri olmaq üçün 20 min manat verdim" - Səlim Müslümovun məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda daha bir neçə şahid dindirilib.

MBH bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı sosial media üzərindən bəyanat yayıb. Hərəkat Hacı Tale Bağırzadəyə qarşı 12 saylı cəzaçəkmə müəssisəsində baş verən fiziki və psixi təzyiqə ediraz edib.  Bəyanatda deyilir:

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Operativtv.com Report-a istinadən xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub.

Yəməndə müharibə başlayandan 18 mindən çox mülki şəxs öldürülüb

Yəməndəki Əl-Ayn İnsan Haqları Mərkəzi Səudiyyə koalisiyasının Yəmənə hücumlarının başlamasından bu yana 18 mindən çox yəmənli mülki şəxsin öldürüldüyünü açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəmənə qarşı 2800 gündür davam edən hücumlarda 18 min 13 yəmənli həlak olub, 29 min 660 nəfər isə yaralanıb.

FT: Aİ-də Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı danışıqlar dalana dirənib

 Polşa və bəzi digər ölkələrin marjinal dəyərin azaldılmasını tələb edən mövqeyi ucbatından Brüssel Rusiya neftinə qiymət limitinin müəyyən edilməsi məsələsində hələ də fikir ayrılıqlarını aradan qaldıra bilmir. 

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə bazar günü Financial Times qəzeti məlumat yayıb. 

İran Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib

 “Ölkələrin milli mövzularında və milli qərarlarında müdaxilə etmirik. Amma qonşulara tövsiyəmiz budur ki, bu rejimlə münasibətlərdə lazımi şəkildə diqqətli olsunlar.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.

Rasim Məmmədov: "185 milyon böyük puldur, insana çəkisinə uyğun ittiham verərlər"

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Operativtv.com APA-ya istinadən  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxsin vəkilləri müdafiə çıxışı üçün hazır olmadıqlarını deyiblər.

Vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər.

“Zenit” və “Spartak” matçında futbolçular arasında kütləvi dava

Bu gün Sankt-Peterburqda Rusiya kubokunun qrup mərhələsinin final mərhələsi çərçivəsində "Zenit" "Spartak"ı qəbul edib. Qarşılaşmanın əsas vaxtı 0:0 hesablı bərabərliklə başa çatıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, matçın əsas vaxtı başa çatdıqdan dərhal sonra təkcə meydanda olan futbolçuların deyil, həm də əvəzedicilərin və məşqçilər korpusunun nümayəndələrinin iştirakı ilə meydanda kütləvi dava düşüb.

İmam Hüseyn (ə) ziyarətgahı kitab sərgisi keçirib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahı İmam Hüseyn (ə) ziyarətgahına bağlı “Peyğəmbərlər Mirası” Universitetində kitab sərgisi keçirib.

Sərgiyə müxtəlif sahələrə aid çox sayda kitab çıxarılıb.

Ziyarətgahın bu təşəbbüsü yerli və xarici medianın diqqətinə səbəb olub.

İraqda dövlət bankından oğurlanan 2,5 milyard dolların bir hissəsi dövlətə qaytarılıb

Operativtv.com SHAFAQNA-ya istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani bir müddət əvvəl dövlət bankından oğurlanan 2,5 milyard dolların bir hissəsinin dövlətə qaytarıldığını açıqlayıb. Baş nazir Sudani paytaxt Bağdadda keçirdiyi mətbuat konfransında qaytarılan pullarla jurnalistlərin qarşısına çıxıb. “İstintaq aparan müvafiq komissiyalar oğurlanmış məbləğin 182 milyard dinarının (124 milyon 600 min dollar) qaytarılmasını təmin edib”. Sudani bildirib ki, bəzi dövlət qurumlarında çalışan şəxslər həmin pulların oğurlanmasına kömək ediblər.

Böyük Britaniyanın “İran İnternational” kanalının əməkdaşı İranda həbs edilib

Operativtv.com məlumat verir ki, Böyük Britaniyada yayım həyata keçirən "İran İnternational" televiziya kanalının İrandakı nümayəndələrindən biri həbs edilib. İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) mətbuat xidməti öz açıqlamasında həbs təsdiqlənsə də, şəxsin kimliyini gizlin saxlanılıb. İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində "İran İnternational" telekanalının şəbəkə rəhbərini həbs etmək üçün əməliyyat keçirib. O, şəhərdə baş verən etirazlardan sonra həbs edilib.

Naxçıvan MR-in maliyyə naziri həbs edilib, istintaq davam edir

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

MN: Ordumuzun mövqeləri atəşə tutulub

Noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.