27 November 2022

Türkiyə hərbçiləri 22 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi antiterror əməliyyatlarında son iki gündə 22 terrorçu zərərsizləşdirilib.

Operativtv.com Unikal-a istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, terrorçuların 10 İraqın, 12-si isə Suriyanın şimalında zərərsizləşdirilib.

Bild: Almaniyada Amerika əleyhinə keçirilən aksiya polislə toqquşma ilə başa çatıb

Almaniyanın şərqindəki Leypsiq şəhərində şənbə günü Amerika əleyhinə keçirilən nümayişdə təxminən 900 nəfər iştirak edib. Aksiya fəalların həbsi və polislə qarşıdurma ilə başa çatıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü BILD am Sonntag qəzeti məlumat yayıb.

Tale Bağırzadə köçürüldüyü müəssisədə təzyiqlərlə üzləşib - ilahiyyatçı aclıq aksiyasına başlayıb

Siyasi məhbus Tale Bağırzadə ciddi təzyiqlər altındadır. Operativtv.com bu barədə T. Bağırzadənin özünün etdiyi telefon zəngində bildirdiyini yazır. İlahiyyatçı Dövlət Təhlükəsizlik Xidmətinin davamlı təzyiq addımlarını, gəldiyi 12 saylı cəzaçəkmə müəssisəsində də davam etdiyini bildirərək onu təxribata çəkmək istədiklərini deyib. Noyabrın 26-sında B. Bağırzadə 7 il cəza çəkdiyi Qobustan qapalı həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. İlahiyyatçı müəssisəyə gələn andan ona qarşı təxribatın yaşandığını söyləyib.

İmran Xan partiyasının əyalət qanunvericilik orqanlarından istefa verəcəyini açıqladı

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan noyabrın 3-də hücuma məruz qaldıqdan sonra ilk dəfə Ravalpindinin Rəhmanabad rayonunda minlərlə tərəfdarı qarşısında çıxış edib. Gülləkeçirməz şüşə arxasında danışan Xan, mövcud siyasi nizamın bir parçası olmayacaqlarını bildirib və "Bütün əyalət qanunverici orqanlarından istefa verməyə və bu pozğun sistemi tərk etməyə qərar verdik" deyib.

İraq: OPEC+ neftinin 11%-ni biz hasil edirik

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İraq Neft Marketinq Şirkəti (SOMO) bildirdi ki, bəzi qeyri-Əməl Neft İxrac Edən Ölkələr (OPEC) istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu tərəfindən hasil edilən 43 milyon barel neftin 11 faizi İraq tərəfindən istehsal olunur. İraqın yarı rəsmi Əl-İraqiyyə televiziya kanalına danışan SOMO baş direktorunun müavini, OPEC-in İraqdakı nümayəndəsi Saadun Muhsin OPEC+ qrupunun neft hasilatını gündəlik 2 milyon barel azaltmaq qərarından məmnunluğunu ifadə edib.

DÇ-2022: Polşa yığması Səudiyyə Ərəbistanı millisi üzərində inamlı qələbə qazandı

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Məlumata əsasən, Polşa və Səudiyyə Ərəbistanı komandaları arasında keçirilən qarşılaşmada Polşa millisi inamlı qələbə qazanıb – 2:0.

Oyunda qolları 39-cu dəqiqədə P.Zelinski və 82-ci dəqiqədə R.Levandovski vurublar.

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət alıb

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb. Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

Ermənilər Azərbaycan Ordusunun Xocavənd, Füzuli, Tərtər və Ağdam istiqamətlərində mövqelərini atəşə tutub

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Putin əsgər anaları ilə görüşdə medianı “yalan” xəbərlər yaymaqda ittiham edib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin cümə günü Ukraynada döyüşən rus əsgərlərin anaları ilə görüşündə mediada, onun sözlərinə görə, Moskvanın Ukraynada apardığı hərbi kampaniyanın yanlış işıqlandırılmasını tənqid edib.

“Həyat televiziya ekranlarında və yaxud hətta internetdə göstərildiyindən daha çətin və müxtəlifdir,” Putin deyib.

Unutmadıq...

2015-ci ildən etibarən fəaliyyət göstərən, gənc lider Tale Bağırzadə tərəfindən yaradılan Müsəlman Birliyi Hərəkatı, yaradıldığı gündən rejim tərəfindən ciddi təzyiqlərə məruz qalmasına baxmayaraq öz fəaliyyəti ilə günbəgün xalqın məhəbbətini qazanmaqdadır.