26 November 2022

“Azərpoçt” Avropa Məhkəməsinə gedən işləri “itirir”

Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən siyasi xarakterli şikayətlərin “Azərpoçt”da “itməsi” barədə şikayətlər artmaqdadır.

İddialara görə, Azərbaycandan Strasburqa yollanan şikayətlər ünvanına çatmır. Vəkillərin “Azərpoçt”la uzun mübarizəsindən sonra bu şikayətlər ünvanına yola salınır.

Bəlkə müqayisənin özü səhvdir

Növbəti bir ilinə də qədəm qoyduq Nardaranda baş verən 26 Noyabr hadisələrinin. Hələ də aydın cinayətin açıq qalan neçə-neçə sualı və qürurla azadlıqda dolaşan caniləri olmaqla. Hər il hadisəni bir az da aydınladaraq onun üzərindən qaranlıq pərdələri qaldırmaqla təkcə aldadılmağa cəhd edilən Azərbaycanın deyil, bu gün küncə qısılan Azərbaycan siyasətinin Qərb dekokratiyasındada da həqiqəti aşkar olunmaqdadır.

Qətərdə futbol azərkeşlərinin qaldığı “İdmancılar kəndi” yaxınlığında güclü yanğın baş verib

 Qətərdə futbol azərkeşləri üçün nəzərdə tutulmuş "İdmançılar kəndi" yaxınlığında böyük yanğın baş verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu gün Qətərin Lusail şəhərinin Qatifan adasında salınmış "İdmançılar kəndi" yaxınlığında böyük yanğın baş verib və Qətərin aidiyyatı qurumları bölgəyə yanğının söndürülməsi üçün qüvvə ezam ediblər.

Bakıda cüdo turnirində qətl törədilib

Operativtv.com məlumat verir ki, bu gün paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətl hadisəsi baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yəməndə PUA-larla hərbi qərargaha hücum edilib, ölənlər var

Yəmənin Dali əyalətində həyata keçirilən PUA hücumunda Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi Yəmən hökuməti qüvvələrindən azı iki nəfər ölüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət mənbələri məlumat veriblər.

Bildirilib ki, husilərin PUA hücumu nəticəsində iki hərbçi ölüb və üç yaralı var.

Tokayev: Qazaxıstanın konstruktiv xarici siyasəti Rusiya və Çinlə münasibətlərə əsaslanacaq

Qazaxıstan hakimiyyəti balanslaşdırılmış, konstruktiv xarici siyasəti davam etdirəcək, əsas diqqət Rusiya və Çinlə münasibətlərə yönələcək. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu şənbə günü Qazaxıstan lideri Kasım-Jomart Tokayev andiçmə mərasimində bildirib. 

Azərbaycan Ordusunun Daşkəsən, Ağdam və Xocavənddəki mövqeləri atəşə tutulub

Noyabrın 26-sı saat 00:05-dən 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə gələn il başlanılacaq

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi 2023-cü ilin payızına planlaşdırılır.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının Baş naziri Akılbek Japarov ölkə parlamentinin iclasında deyib.

“Layihənin texniki-iqtisadi əsaslandırması gələn ilin aprelində tamamlanmalıdır. Onun inşasına 2023-cü ilin payızında başlanıla bilər”, - o bildirib.

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 2-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.

Operativtv.com Report-a istinadən verilən məlumata görə, 4 gün davam edəcək yarışda 400-ə yaxın cüdoçu 56 medal və çempionluq titulu uğrunda mübarizə aparacaq. Fərdi yarışlar 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq.

MBH üzvünə cinayət işi açılıb

Noyabrın 23-də işdən evə qayıdan zaman avtobus dayanacağından naməlum şəxslər tərəfindən saxlanılan MBH üzvünün yeri məlum olub. Hərəkat üzvü Şahin Qədirov haqqında günlərdir ki, məlumat almağa çalışan ailə üzvüləri bu gün Ş. Qədirovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində olduğunu öyrənib.

Əsəddən Türkiyə ilə görüşə yaşıl işıq

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd mətbuat mənsubları ilə görüşündə Türkiyə ilə əlaqələrin bərpası ilə bağlı açıqlama verərək "Ankara ilə danışıqlarımız hələlik kəşfiyyat strukturlarınınki səviyyəsindədir. Lakin bu, danışıqların səviyyəsinin artmasına səbəb olacaq. Türkiyə Dəməşqin tələblərinə cavab verməyə hazır olduğunu bəyan edib. Ancaq biz Türkiyənin sadəcə danışmasını gözləmirik, ondan hərəkət və əməli addımlar da istəyirik.

Əl-Zəhhar: İordan çayının qərb sahilində müqavimət davam etməlidir

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, HƏMAS hərəkatının siyasi bürosunun üzvü Mahmud əl-Zəhhar deyib: “Qüdsdə məskunlaşmaya etirazı ölümünə səbəb olan hər bir qəhrəmanın şəhadəti mütləq nəticə verəcək. İordan çayının qərb sahilində müqavimət davam edərsə, sionist işğalçıları torpaqlarımızı mütləq tərk edəcəklər. İordan çayının qərb sahilində baş verənlər, Qəzzanı tərk etməzdən əvvəl baş verənlərlə eynidir.