25 November 2022

ICMP: Ukraynadakı müharibədə 15 mindən çox insan itkin düşüb

İtkin düşənlər üzrə Beynəlxalq Komissiyanın (ICMP) rəsmisinin cümə axşamı bildirdiyinə görə, Ukraynadakı müharibədə 15 mindən çox insan itkin düşüb. Məlumatı Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir. 

Haaqada yerləşən, 1990-cı illərin Balkan müharibələrindən sonra yaradılan təşkilat Ukraynaya sənədləşdirməyə və itkin düşmüş insanları axtarmağa yardım etmək üçün iyul ayında Kyivdə ofis açıb.

Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Transxəzər dəhlizinin yol xəritəsini qəbul edib

Noyabrın 25-də Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşünün yekunu olaraq Transxəzər dəhlizinin Yol Xəritəsi qəbul olunub.

Sənəddə deyilir ki, razılaşmaların həyata keçirilməsi 2025-ci ilə qədər Transxəzər dəhlizinin buraxılış qabiliyyətini ildə hazırki 1,5 milyon tondan 10 milyon tona qədər artırmağa imkan verəcək.

İran yığması Uelsi məğlub etdi

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, günün ilk matçında B qrupunda İran və Uels yığmaları üz-üzə gəliblər. 

Qarşılaşma Asiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib.

Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməsini təxirə salır

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün tələb olunan parlament təsdiqinin 2023-cü ildə keçiriləcək ilk sessiyada alınacağını açıqlayıb. Jurnalistlərə verdiyi açıqlamada Macarıstanın hər iki ölkənin NATO üzvlüyünü dəstəklədiyini bildirən Orban, "Macarıstan Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir və parlament bunu gələn ilin ilk iclasında nəzərdən keçirəcək" deyib.

İsrailin məhdudiyyətlərinə baxmayaraq Qüdsdə cümə namazına 50 min insan qatılıb

 İsrail qüvvələri tərəfindən Qüdsün Qədimi şəhərinin girəcəklərində tətbiq edilən məhdudiyyətlərə baxmayaraq əl-Əqsa məscidində cümə namazına 50 min insan qatılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin İslami Vəqf İdarəsi məlumat yayıb.

Reuters: Türkiyə və Qətər 10 milyard dollarlıq razılaşma əldə ediblər

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Reuters xəbər agentliyi Türkiyə ilə Qətər arasında 10 milyard dollarlıq resursun son mərhələyə çatdığını bildirib. Xəbərin iki türk rəsmisinə istinadən verdiyi məlumata görə, agentlik bu məbləğin 3 milyard dollarının bu ilin sonuna qədər Doha tərəfindən göndərilə biləcəyini bildirib. Xəbərdə bu mənbənin faizlərin aşağı salınması ilə yarana biləcək valyuta ehtiyacını tarazlaşdırmağa kömək edə biləcəyinə diqqət çəkilib.

Əsəd: Dünyada müharibələr dayansa, Qərbin hegemon sistemi çökər

Belarusun baş nazirini qəbul edən Suriya prezidenti Bəşər Əsəd bildirib ki, qərblilər müharibəni qızışdıran siyasətlə həyatlarını davam etdirirlər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Belarusun baş naziri Roman Qlavçenko dünən günortadan sonra Suriya prezidenti Bəşər Əsədlə görüşüb və ölkə prezidentinin mesajını Əsədə çatdırıb.

Görüş zamanı Suriya prezidenti Əsəd deyib:

İranın Azərbaycan əleyhinə hücumları cavabsız qalmayacaq - İlham Əliyev

İran əvvəllər heç vaxt Azərbaycanın ünvanına bu qədər nifrət və təhdid xarakterli bəyanatlarla çıxış etməmişdi. Bu barədə dövlət başçısı İlham Əliyev Bakıda regional kommunikasiyalara həsr olunmuş beynəlxalq forumun iştirakçılarının suallarını cavablandırarkən bildirib.

"Biz üç İran prezidenti - Xatemi, Əhmədinejad və Ruhani ilə işləmişik və bütün bu illər ərzində bugünkinə bənzər vəziyyət olmayıb.

Azərbaycanın Ağdam və Xocavənddə yerləşən mövqeləri atəşə tutulub

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb, xəbəri cümə günü ölkənin Müdafiə Nazirliyi yayıb.

KİV: İsrail xaricdə olan Mossad rəhbərlərinin təhlükəsizliyini artırır

İsrail Mossad-ın xaricdəki yüksək vəzifəli məmurlarının hədəf alınacağından ehtiyatlanaraq onların təhlükəsizliyini gücləndirir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Təl-Əviv keçmiş Mossad məmurlarına diqqəti çoxaltmaqla, xaricdə yaşayan yüksək səviyyəli İsrail təhlükəsizlik məmurlarının təhlükəsizliyini daha da artırır.

Əsədin müşavirindən "Türkiyə" açıqlaması

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin baş müşaviri Buseyna Şaban Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın şimalında başlatdığı hava əməliyyatı ilə bağlı açıqlama verib. Şaban heç bir ölkənin başqa ölkənin sərhədləri daxilində öz təhlükəsizliyini qorumaq hüququnun olmadığını bildirib.

İran BMT İnsan Hüquqları Şurasının qətnaməsinə münasibət bildirib

 İran, BMT İnsan Hüquqları Şurasının ölkədə insan hüquqları ilə bağlı ötən gün səsə qoyduğu qətnaməni pisləyib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi BMT-nin İnsan Hüquqları Şurasının qətnaməsini “ikili standart” və “ölkənin daxili işlərinə müdaxilə” kimi qiymətləndirib.

DTX Naxçıvanda həbslərə başlayıb, inanılmaz rəqəmlər...

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb.

Operativtv.com Report-a xəbərinə görə, məhkəmə prosesdə vəkili ilə iştirak edən Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini elan edib.