Bu gün Xanım Zənranın (s.ə.) mövlud günüdür

Fatimə (ərəb. فاطمة الزهراء‎‎) — Məhəmməd Peyğəmbərin (s) ilk xanımı Xədicədən olan qızı, onun əmisi oğlu və ən yaxın köməkçisi İmam Əlinin (ə) həyat yoldaşı, onun nəvələri olan İmam Həsənin (ə) və İmam Hüseynin (ə) anası. Anadan olma tarixi ilə bağlı sünni və şiə mənbələrində müxtəlif məlumat vardır. Bunlardan ən etibarlısındada sünni mənbələrinə görə 606-cı ildə, şiə mənbələrində isə 614-cü ildə cəmadiyəlaxırin 20-sində Məkkədə anadan olduğu qeyd olunur. Fatimənin (s.ə.) hansı məqama sahib olması peyğəmbərdən nəql olunan hədislərdən də anlaşılır: "Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün cənnət qadınlarının xanımıdır.", "Fatimə Cənnət xanımlarının xanımıdır." Fatimə (s.ə.) Cəmadiyəl Axır ayının 3-də Mədinədə vəfat etmişdir. Onun vəfatına səbəb evinə hücum olunması nəticəsində qapının qarın nahiyəsinə yetirdiyi ağır zədə nəticəsində iç qanama keçirməsi olmuşdur. Sonradan I Ərəb İslam xəlifəsi Əbu Bəkir bu hadisə haqqında belə demişdir : Ulvan ibn Davud əl-Beceli, Humeyd ibn Əbdurrahman-Salih ibn Keysan-Humeyd b. Əbdürrəhman ibn Avf isnadı ilə atası Əbdürrəhman ibn Avftan belə rəvayət edər: Vəfat etdiyi xəstəliyində ziyarət üçün Əbu Bəkrin hüzuruna gedib salam verdim… Əbu Bəkr belə dedi: Mən dünyada etdiyim üç şeyə kaş ki etməsəydim: 1) Kaş ki Fatimənin evinə hücum etməsəydim!...

Xanım Zəhranın (s.ə.) öz vəsiyyətinə əsasən öz yaxınları tərəfindən gecə ikən dəfn olunmuşdur. Bu haqda bəzi həislərdə belə buyurulur: “Fatimeyi-Zəhra Allah rəsulundan sonra 6 ay yaşadı. Dünyadan köçəndə həyat yoldaşı Əli onu gecə ikən dəfn etdi və Əbu Bəkrə xəbər etmədi”. Bəzi rəvayətlərə görə onun qəbri Peyğəmbərin qəbri ilə minbəri arasındadır Əli (ə) Fatiməni (s.ə.) torpağa tapşırarkən buyurmuşdur: "Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi, güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil."