Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəlib. Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Imam həzrət Məhəmməd Baqir əleyhissalamın həyatını iki hissəyə ayırmaq olar:

1. Imamətdən qabaqkı 35 illik həyatı. (Həmin dövrdə imam Mədinədə yaşayırdı).

2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islam elm və biliklərini təbliğ etdiyi zamandır).

Imam Məhəmməd Baqir əleyhisslam illərlə zəhmət və islam maarif və mədəniyyətinə xidmət etdikdən sonra hicri 114-cü ilin Zilhəccə ayının 4-də 59 yaşında ikən, Hişamın əmri ilə zəhərlənib şəhid oldu. O həzrətin pak bədənini Bəqi qəbristanlığında, başqa imamların yanında torpağa tapşırdılar.

İmamın elm çeşməsindən:  “Yalan danışmaq imanın zəifliyindəndir.”, “Mömin qorxaq, tamahkar və paxıl olmaz.”, “Allah həyalı və dözümlü şəsxi sevər.”, “ Faydalı alimin dəyəri yetmiş min savadsız abiddən daha çoxdur.”, “Allah, ağzını təmiz saxlamayan şəxsi sevməz.”, “Tənbəllikdən çəkin. Çünki hər bir pisliyin açarı tənbəllikdir ki, insanın din ilə dünyasını korlayar.”