Bu gün İmam Hüseynin (ə) oğlu Əli Əsğərin mövlud günüdür

Az.shafaqna.com xatırladır ki, bu gün İmam Hüseynin (ə) Kərbəlada şəhid olan ən kiçik oğlu  Əbdullah bin Hüseyn Əli Əsğərin (ə) (‎red: ərəbcə – عبدالله بن حسین علی الأصغر‎) mövlud günüdür.

O Həzrət hicri qəməri ilinə görə 60-cı il 10 Rəcəbdə Mədinə şəhərində dünyaya göz açmışdır.

Kərbəla hadisəsi zamanı 6 aylıq idi.

Onun pak cənazəsi Kərbəlada dəfn edilmişdir.

Mənbələrdə qeyd olunur ki, Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:

Ey düşmən siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz. ”

Bu zaman Ömər Sədin tapşırığı ilə Hərmələ üçşöbəli ox ilə Əli Əsğəri boğazından vurur. Əli Əsğər İmam Hüseynin qollarında can verir. İmam Hüseyn onu Kərbəlada cəsədlərin arasında dəfn edir. Əli Əsğər şəhid olarkən göydən belə bir nida gəlir:

Onu Allaha tapşır, çünki behiştə ona süd veriləcəkdir