Bəşər Əsəd: Suriyanın İsrailə münasibəti dəyişməyəcək

Suriya prezidenti Bəşər Əsəd bu ölkənin səfirləri və diplomatları ilə görüşündə Dəməşqin İsrailə münasibətinin həmişə sabit qalacağını bildirib.

Suriya prezidenti Bəşər Əsəd dünən səfirlər, diplomatik nümayəndəliklərin rəhbərləri və xarici işlər nazirliyi əməkdaşları ilə görüşüb. Görüşdə çıxış edən Bəşər Əsəd Suriyanın xarici siyasətinə münasibəti açıqlayıb və ölkəsinin beynəlxalq problemlərlə və inkişaflarla strateji və real perspektivdən üzləşdiyini bildirib.

Suriyanın beynəlxalq münasibətlərində, eləcə də ərəb və region ölkələri ilə münasibətlərində xarici siyasətinin dəyişməz prinsiplərini vurğulayan Bəşər Əsəd ikitərəfli əlaqələrin ərəb ölkələri ilə əlaqələrin möhkəmlənməsinin əsasını təşkil etdiyini bildirib.

Prezident Əsəd həmçinin vurğulayıb ki, Suriyanın bu gün mürəkkəblik və çətinliklərlə üzləşməsinin səbəbi ölkənin coğrafi və tarixi mövqeyi, döyüş meydanı olması və tarix boyu müstəmləkəçilərin həddindən artıq ambisiyaları ilə bağlıdır.

ABŞ-ın yaratdığı xaosun dünyada qeyri-sabitliyi artırdığına diqqət çəkən Bəşər Əsəd, "Qərbin Şərqə qarşı texnoloji nəzarətini itirməyə başlaması səbəbindən bugünkü beynəlxalq qarşıdurma iqtisadi-texnoloji münaqişədir. Bu, öz növbəsində yeni çoxqütblü dünya formalaşmasını sürətləndirəcək.”

Suriya lideri Əsəd iddia edib ki, gələcək Şərqə məxsusdur, çünki o, öz şəxsiyyətini və prinsiplərini qoruyub saxlaya bilib.