BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb

Əfqanıstanda 6 milyon insanın qida çatışmazlığı ilə üzləşdiyi bildirilir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov bildirib ki, Əfqanıstanın bəzi bölgələrində qışda temperatur mənfi 25 dərəcəyə enir.

Ələkbərov deyib: “Qışa hazırlıq səylərini dəstəkləmək üçün bizə 768 milyon dollar və ilin sonuna qədər 614 milyon dollar lazımdır”. 

Ölkədə 6 milyon insanın qida çatışmazlığı ilə üzləşdiyini vurğulayan Ələkbərov 2023-cü ildə əhalinin üçdə ikisinin (28 milyon) humanitar yardıma ehtiyacı olacağını vurğulayıb.

Talibanın 2021-ci ilin avqust ayında hakimiyyətə gəlməsindən sonra ölkəyə edilən beynəlxalq yardımlar dayandırılıb. Bu vəziyyət  ölkə iqtisadiyyatına ciddi zərbə vurub.

Dövlət qurumlarında və özəl sektorda işləyən minlərlə qadın  işini itirib.