Bəhreyn xarici işlər naziri: "Netanyahu ilə işləməyi səbirsizliklə gözləyirəm"

Bəhreynin xarici işlər naziri münasibətlərin normallaşdırılması üçün sazişin memarlarından biri olan Benyamin Netanyahu ilə işləməyi səbirsizliklə gözlədiyini bildirib.

Operativtv.com Shafaqna-ya istinadən məlumatına görə, Bəhreynin xarici işlər naziri İsrailin baş naziri Binyamin Netanyahu ilə işləməyi səbirsizliklə gözlədiyini bildirib. Bu sözləri Bəhreynin xarici işlər naziri Əbdül Lətif əz-Ziyani bu gün Bəhreynə səfəri zamanı İsrail rejimin başçısı İshaq Herzoqu müşayiət edən israilli jurnalistlər qarşısında çıxışı zamanı deyib. “İsraili uğurlu seçki münasibətilə təbrik edirəm və İbrahim razılaşmasının memarlarından biri olan Baş nazir Netanyahu ilə işləməyi səbirsizliklə gözləyirəm. Onunla bütün strateji ölçülərdə əməkdaşlıq edəcəyik.” - deyə Əl-Zyani bildirib.