Bakıda cüdo turnirində qətl törədilib

Operativtv.com məlumat verir ki, bu gün paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətl hadisəsi baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.