Azərbaycanda bir ailənin 4 üzvü güllələnərək öldürülüb

Beyləqanda bir ailənin dörd üzvü öldürülüb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin dörd üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Qətlə yetirilən şəxslər aşağıdakılardır:

56 yaşı Nadir Quliyev

51 yaşlı Tərgül Quliyeva

26 yaşlı Amin Quluzadə

20 yaşlı Xəyal Quluzadə.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.