Azərbaycan MN: Kəlbəcər və Ağdamdakı mövqelərimiz atəşə tutulub

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sərhəddə Azərbaycan Ordusunun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub.

“Noyabrın 25-i saat 17:30-dan 22:32-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub”, – Azərbaycan Müdafiə nazirliyinin məlumatında deyilir.

Bundan başqa, saat 14:05-dən 20:35-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”, – nazirlikdən vurğulanıb.