Ayətullah Xamenei: Danışıqlar İran-ABŞ problemini həll etməyəcək

Danışıqlar ABŞ-la olan problemləri həll etməyəcək.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İranin Ali lideri Ayətullah Xamenei bəyan edib.

Asiyanın qərbinin və İranın coğrafi və geosiyasi xüsusiyyətləri barədə danışan Ayətullah Xamenei deyib ki, “amerikalılar düşünürdülər ki, İrana hücum etməzdən öncə, onlar İslam Respublikasının strateji dərinlikləri hesab edilən qonşu ölkələri iflic etməlidirlər. Amerikalıların özləri bu planın üstünü 2006-cı ildə açdılar və dedilər ki, onlar ilk öncə İraq, Suriya və Livan, Liviya, Sudan, Somali kimi 6 ölkədəki quruluşları devirməlidirlər, sonra isə İrana hücum edəcəklər“.

Onun sözlərinə görə, İran Şimali Afrikada fəaliyyət göstərməyib, lakin İranın İraq, Suriya və Livandakı fəaliyyətləri nəticəsində ABŞ uğursuzluğa düçar oldu.

Qasim Süleymaninin adı İranın düşmənlərini qəzəbləndirir, çünki İslam Respublikasının düşmənin planını pozan siyasətinin bayrağı onun əlində idi“, – deyə o bildirib.

İrandakı son iğtişaşlara işarə edən İranın Ali lideri qeyd edib ki, “Bəsic” (paramilitarist könüllü milis təşkilatı) unutmamalıdır ki, əsas münaqişə “dünya təkəbbürü” ilə baş verir.

Onlar (iğtişaşçılar – red.) ya məlumatsız, ya cahil, ya da muzdlu olan kiçik bir qrupdur“, – deyə o vurğulayıb.

O qeyd edib ki, bəziləri siyasi anlayışlarının olduğunu iddia edirlər ki, lakin onların qəzetlər və internetdəki təhlilləri insanı təəssüf hiss keçirməyə məcbur edir, çünki “onlar deyirlər ki, əgər iğtişaşlara son qoymaq istəyirsinizsə, siz öz probleminizi ABŞ-la həll etməlisiniz“.

Danışıqlar bizim ABŞ-la olan problemimizi həll etməyəcək“, – deyə o əlavə edib.

Ayətullah Xameneinin sözlərinə əsasən, ABŞ onlara tabe olmaq və daim bac ödəməklə qane qane olur.

O deyib ki, bu gün saxtakarlıq və yalan İran düşmənlərinin əsas üsuludur.

Düşmən beyinləri ələ almağa çalışır, əgər xalqın beyni tutulu olsa, həmin xalq öz torpağını düşmənə verəcək“, – deyə Ayətullah Xamenei əlavə edib.