Apellyasiya məhkəməsi cəzanı 4 ilə endirib

Avqustun 15-də narkotik ittihamı ilə şərlənən inanclı Vasif Abbasovun apellyasiya məhkəməsi keçirilib. Şirvan Apellyasiya Məhkəməsi 22 iyun tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Vasif Abbasov barəsində çıxardığı 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına baxıb. Vasif Abbasov bəraət tələbi ilə Ali Məhkəməyə müraciət edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi iyunun 22-də Vasif Abbasov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotikə vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxıb və inanclını 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Şirvan Apellyasiya Məhkəməsi Vasif Abbasovu işinin 234.4.3-cü maddəyə uyğun dəlil sübutların olmaması səbəbindən maddəni 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək cəzanı 1 il 6 ay azaldaraq 4 ilə endirib.

Vasif Abbasov Azərbaycanda dindarların narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində saxlanılıb.