ABŞ və İsrail “İranın nüvə obyektlərinə mümkün hücum”la bağlı hərbi təlimlər keçirir

ABŞ və İsrail Aralıq dənizi səmasında “İranın nüvə obyektləri və onun bölgədəki müttəfiqlərinə mümkün hücum”la bağlı hərbi təlimlər keçirirlər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin fəal iştirak etdiyi hərbi təlim bu gün Aralıq dənizi səmasında keçirilir.

İsrail mətbuatının məlumatına görə, bu hərbi təlimlər iki gün çəkəcək.

Qeyd edək ki, İranla 4+1 dövlətlərinin, eləcə də ABŞ-ın nüvə sazişinin bərpası ilə bağlı danışıqları dalana dirənmiş kimi görünür. Bu məsələni ötən gün İran XİN sözcüsü Nasir Kənani də dilə gətirib. Məlumata görə İran ABŞ tərəfinin birtərəfli qaydada tərk etdiyi nüvə sazişinin yenidən bərpası üçün bəzi tələblər irəli sürür ki, son zamanlarda gündəmə gətirilib. İran bildirir ki, ölkədə nüvə obyektləri kimi elan edilməmiş üç yerdə uran qalıqlarının tapılması ilə bağlı gündəmə gətirilən son iddialar ABŞ və İsrail tərəfindən irəli sürülüb. İran nüvə sazişinin bərpası üçün bu məsələnin gündəmdən birdəfəlik çıxarılmasını tələb edir.