ABŞ Türkiyənin mümkün hücumu fonunda kürdlərlə birgə əməliyyatlarını dayandırıb

ABŞ Ordusu Suriyada "İŞİD-ə qarşı" tədbirlər mövzusunda kürd birləşmələri ilə birgə əməliyyatlarını dayandırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, ABŞ Ordusu kürdlərlə birgə İŞİD-ə qarşı olan bütün birgə əməliyyatlarını dayandırır.

Həmçinin əlavə edilib ki, ABŞ Ordusu və (separatçı) kürd qüvvələri (İŞİD məhbusları və ailələrinin olduğu) əl-Houl düşərgəsi və həbsxanasında patrul nəzarətlərini davam etdirirlər.

Qeyd edək ki, ABŞ və kürdlər Türkiyənin mümkün hücumu fonunda bundan öncə də İŞİD-in fəal ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Məlumata görə ABŞ və dəstəklədiyi kürd birləşmələrinin nəzarətindəki (Fəratın şərqində) İŞİD üzvləri və onların ailələrinin sayı 100 mini keçir.