2015-ci il 26 noyabr tarixindən 7 il ötdü

 

 

Müsəlman Birliyi Hərəkatı 2015-ci il 26 noyabr, Nardaranda baş verən qanlı olayın anımı ilə əlqədar paylaşım edib:

"Nardaranda baş verən qanlı hadisənin növbəti tarixini, yeddinci ildönümünü yaşayırıq. Hələ də bir çox maraqlar səbəbindən ölkədə üstü açılmayan cinayətlər kimi bu hadisə öz müqəssirlərinin mühakiməsini gözləməkdədir. Günahı haqq və ədalət olan məşum ruhlar bu gün də cinayəti törədən qaniçən canilərin ədalət məhkəməsində cəzalanacağı günə qədər narahatdırlar.
Biz, hadisənin baş veridiyi andan günümüzə qədər yaşanan məlum olayın hakimiyyətin siyasi maraqları altında baş verdiyini söyləmiş və əvvəlincidən sonuncu şəxsə qədər bu cinayətkarların cəzalanması üçün şəffaf mübarizəmizdən çəkinməyəcəyimizi bəyan etmişik. İllərdir bu istiqamətdə beynəlxaq tribunalara, dünya mediasına qədər təqdim edilən Nardaran hadisəsinin növbəti ilində cinayətkarların cəzalanması, haqq və ədalətin bərqərar olunası üçün bütün səyimizlə çalışırıq. Kimlərinsə illərin bu işə kölgə salıb unutduracağı fikirlərinə, biz, mühakimədə cəzasının bərqərar olunması ilə cavab verəcəyimizə qətiyyətliyik.
Nardaran hadisəsinin növbəti ildönümündə hadisənin şəhidlərinə Allahdan rəhmət diləyir və haqqın bərqarar olacağı ədalətin zəfərinə bütün varlığımızla inanırıq. Şübhəsiz zəfər Allahdandır."

Müsəlman Birliyi Hərəkatı.
26.11.2022.