Qurban bayramınız mübarək

Azərbaycan xalqı böyük və dəyərli bayram, müqəddəs Qurbanı qeyd edir. Hal-hazırla milyonlarla hacılar Minada qurban kəsərək bu İlahi retual əməli davam etdirməkdə ikən Məkkədən kənar bir sünnə olaraq icra edilən, qurbanlar kəsilən dəyərli ayin Azərbaycan xalqı tərəfindən yüz illiklərə söykənən bir tarixi düzənlə icra edilməkdədir.
Uşaqlı-böyülkü qurban özəlliklərini bölüşən bir xalq olaraq Azərbaycan bu dəyərli irsə sahibdir. Bu gün Qurban namazı, İlahi şükürlə başlanan səhər ardınca qurban kəsimi, ehtiyaclılarla paylaşım və sevgi dolu bir diqqət dinin milliləşən varlığında bir xalq formalaşdırır.
Xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, hər bir ailədə gözləri qapılara dikilən körpədən həsrətlə köks ötürən ağbirçək və ağsaqqallara qədər hər kəsin arzularının gerçəkləşməsini Rəhman Allahdan diləyirik.
Bayramınız mübarək.
 
 
Müsəlman Birliyi Hərəkatı