Argentina millisi dünya çempionatları tarixində penalti seriyaları üzrə rekordçudur

Argentina yığması dünya çempionatları tarixində rekord sayda - 7 penalti seriyasında mübarizə aparıb.

FİFA xəbər verir ki, penalti seriyasının tətbiq edildiyi 1978-ci ildən bəri turnirdə 74 ölkə iştirak etsə də, Argentina bu oyunların 20 %-nə şərik olub.

Braziliya, Fransa və İspaniya yığmalarının hərəyə 5 belə seriyası qeydə alınıb.

Argentina qeyd olunan zərbələrdə 6 dəfə qalib gəlib. Komanda 1990-cı ildə Yuqoslaviya və İtaliyanı, 1998-ci ildə İngiltərəni, 2014 və 2022-ci illərdə Niderlandı, sonuncu turnirin finalında isə Fransanı mübarizədən kənarlaşdırıb. Kollektivin yeganə məğlubiyyəti 2006-cı ildə Almaniyaya qarşı oyunda qeydə alınıb.

Argentinanın 1990-cı il dünya çempionatındakı qəhrəmanı Serxio Qoykoçea Qərbi Almaniyadan Toni Şumaxer, həmçinin xorvatiyalılar - Daniel Subaşiç və Dominik Livakoviçlə birgə penalti seriyalarında ən çox zərbə dəf edən qapıçı statusunu bölüşür.

Almaniya və Xorvatiya dünya çempionatlarındakı bütün 4 penalti seriyasında uğur qazanıblar. Almanlar yerinə yetirdikləri 18 penaltidən 17-ni, o cümlədən son 15 zərbəni dəqiq tamamlayıblar.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.