Müxalif “Vahid Milli Hərəkat” partiyasının siyasi şurasının sədri Levan Xabeişvili və keçmiş baş prokuror Murtaz Zodelava məhkəmə tərəfindən təqsirli biliniblər.
Bu qərarı hakim Irakli Khuskivadze qəbul edib.
Levan Xabeişviliyə 2 il 6 ay azadlıqdan məhrumetmə, Murtaz Zodelavaya isə 9 ay həbs cəzası verilib.
Qeyd edək ki, Levan Xabeişvilinin işi üzrə ittiham əvvəlcə Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci hissəsi ilə irəli sürülmüşdü. Bu maddə qanunsuz hərəkətin həyata keçirilməsi üçün vəzifəli şəxsə rüşvət və ya pul vəd edilməsini nəzərdə tutur ki, həmin şəxs vəzifə səlahiyyətlərini yerinə yetirərkən rüşvət verənin xeyrinə müəyyən hərəkət etsin və ya hərəkətdən çəkinsin. Lakin ittiham sonradan 318-ci maddənin 1-ci hissəsinə dəyişdirilib. Bu maddə Gürcüstan dövlətini zəiflətmək məqsədilə dövlət və ya digər müəssisə, təşkilat və ya xidmətin normal fəaliyyətinə mane olmanı nəzərdə tutur.
Bundan əlavə, müxalif siyasətçi məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 317-ci maddəsi üzrə də təqsirli bilinib. Bu maddə dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış etməni nəzərdə tutur.
Hökm elan edilərkən təqsirləndirilən şəxslər - Levan Xabeişvili və Murtaz Zodelava məhkəmədə iştirak etməyiblər.
Məlumat üçün qeyd edək ki, Levan Xabeişvili qanunsuz hərəkətin həyata keçirilməsi üçün vəzifəli şəxsə rüşvət vəd etməkdə və dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış etməkdə ittiham olunurdu. Ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci hissəsi əsasında irəli sürülmüşdü.
Eyni zamanda, Levan Xabeişviliyə Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə də ittiham verilmişdi ki, bu da dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış etməni nəzərdə tutur.
Murtaz Zodelava isə Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin fəaliyyətinə qanunsuz müdaxilə etməkdə ittiham olunurdu. İddialara görə, o, işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmaq məqsədilə Levan Xabeişvilinin mobil telefonunu gizlətməyə cəhd edib. Həmin telefonun götürülməsi üçün məhkəmə tərəfindən axtarış qərarı verilmişdi.
Murtaz Zodelavaya qarşı ittiham Cinayət Məcəlləsinin 364-cü maddəsinin 1-ci hissəsi ilə irəli sürülmüşdü. Bu maddə işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmaq məqsədilə müstəntiqin fəaliyyətinə müxtəlif formalarda qanunsuz müdaxiləni nəzərdə tutur.
Gürcüstanda müxalif siyasətçilərə həbs cəzası verildi