Nardaran məhbusu ölümlə mücadilədə

Nardaran hadisələri zamanı həbs olunan Cihad Babakişizadə Qobustanda cəza müddətini başa vurduqdan sonra yenidən Qaradağ rayonundakı 12-saylı cəzaçəkmə müəsisəsinə köçürülüb. Lakin müəssisəyə arzulanmayan məhbus olaraq gələn C. Babakişizadə elə bir başada da heç bir səbəb olmadan karserə salınıb. Onun karserə salınmasını yenidən Qobustan həbsxanasına göndərilməsi ilə bağlayan məhbus, buna etirazını bildirsə də, rəhbərlik öz addımında israrlıdır.

Belə vəziyyətdə isə Babakizadə yeganə yolu aclıqda görüb. Artıq bir həftədən artıqdır ki, ölüm aclığına oturan məhbus onun yerini dəyişərək başqa həbsxanaya göndərilməsinə təkid edir. O, həbsxana rəhbərliyinin qərəzli davranışına ən sivil yolla, öz həyatını təhlükəyə qoymaqla etiraz etməkdədir. Bu barədə danışan Babakişizadə ailəsi övladlarının vəziyyətindən narahatdırlar. Onlar da bildirib ki, hələ Cihad köçürülməzdən öncə Pentesiar Xidmətin Baş İdarəsində olaraq rəhbərliklə görüşüb və Cihadın başqa bir müəssisəyə göndərilməsini onlardan xahiş ediblər. Lakin görünən budur ki, həqiqətən də Babakişizadələr ailəsinin haqlı narahatlığına əsas var. 23 oktyabr tarixində Qobustan həbsxanasından köçürülən Nardaran məhbusu Cihad Babakışızadə artıq bir həftədən çoxdr ki, karserə salınıb və o, qidadan tam olaraq imtina edib.

Xatırladaq ki, 26 Noyabr Nardaran hadisələri zamanı güllə yarası alaraq həbs olunan Cihad Babakişizadəyə 09 dekabr 2015-ci il tarixində cinayət işi açılıb. Uzun sürən məhkəmə və iddihamlardan sonra o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək  12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Bir mmüddət sonra həbsxana rəhbərliyi onun köçürülməsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Müraciətdə əsas kimi onun daxili intizam qaydalarını tez-tez pozduğu, bu səbəbdən 9 dəfə töhmət aldığı və karsla cəzalandırıldığı göstərib. Qaradağ Rayon Məhkəməsi C.Babakişizadənin cəzasının üç ilini qapalı həbsxana rejimində, Qobustanda çəkməsi barədə qərar qəbul edib. Qərardan apellyasiya şikayəti verilsə də, qərar qüvvədə qalıb. C. Babakişizadənin vəkili olmadığı üçün apellyasiya şikayətini özü hazırlayıb. Bakı Apellyasiya Məhkəməsində (sədrlik edən hakim Həsən Əhmədov) C.Babakişizadə cəzaçəkmə rejiminin ağırlaşdırılmasının səbəbinin ona məlum olmadığını bildirib. O, 12 saylı cəzaçəkmə müəssisəsində də bu şəkildə heç bir əsas olmadan müxtəlif bəhanələrlə tez-tez cəzalandırıldığını söyləyib. Bakı Apellyasiya Məhkəməsi 1 oktyabr 2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərardan bir müddət sonra isə o, Qobustan Qapalı Həbsxanasına köçürülüb.