Əl-Husi: Hələ çoxlu hərbi sürprizlərimiz var

Yəmən Ali Siyasi Şurasının üzvü deyib: “Hələ düşmən üçün çoxlu hərbi sürprizlərimiz var və bəzi əməliyyatları ictimailəşdirmirik.”

Məhəmməd Əli əl-Husi “Əl-Məsirə” kanalına müsahibəsində deyib: “Biz konkret media strategiyası çərçivəsində bəzi hərbi əməliyyatları ictimailəşdirmirik.

Düşmənin Yəmənin bir hissəsini işğal etməsi bizi Fələstinə kömək etmək məqsədimizdən çəkindirmir.

Qırmızı dənizin sahillərindən və ya ondan kənarda biz ölkəni müdafiə etmək və Fələstinə kömək etmək kimi məqsədlərimizə nail ola bilərik.

Allahın köməyi ilə Silahlı Qüvvələrin əməliyyatlarının inkişafı və təkmilləşdirilməsi nəticəsində biz Amerikanın silah gücü ilə bağlı özünün yaratdığı mifi məhv etdik.”

 

İRNA