Hicab məhdudiyyət deyil: Maksimal nəticə göstərən abituriyentlər

Buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticə göstərən Amalya Əliyeva və Fatimə Qasımova Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaq arzusundadır. 

"Unikal" xəbər verir ki, Amaliya Şəki şəhər, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin, Fatimə isə Bakı şəhər, 146 saylı orta məktəbin şagirdidir. Amalya Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi, Fatimə isə Kimya mühəndisliyi ixtisasında təhsil almağı arzulayır.

Diqqət çəkən fakt isə maksimal bal yığan abituriyentlər arasında hicablıların da yer almasıdır. Bu isə öz növbəsində hicabın məhdudiyyət yaratmamasına daha bir nümunədir.